Dalga Televiziyasi Azərbaycanda daha bir nazir işdən çıxarıldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün27
DünənDünən3331
Bu həftəBu həftə9459
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466058

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanda daha bir nazir işdən çıxarıldı

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycanda daha bir yüksək çinli məmur vəzifəsindən azad olunub.

"Dalğa TV"nin "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub. Yaxın saatlarda sərəncamın rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Məlumatlara görə, prezidentin nazir Əli Abbasovu işdən çıxarması son günlər aparılan təmizləmə işinin tərkib hissəsidir.

Qeyd edək ki, iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq həbs olunub. Hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov çetesinin üzvü olduğu aşkarlanıb.

Bildirilir ki, nazir Əli Abbasovun tabeliyində olan yüksək vəzifəli şəxslərin bu əməllərindən xəbərsizliyi onun vəzifəsinin öhdəsindən gələ bilməməsi kimi qiymətləndirilib.

Xatırladaq ki, Əli Abbasov nazir postuna 2004-cü ildə təyin olunub.

Saytda Axtarış

ახალი ამბები