Dalga Televiziyasi Gürcüstan azərbaycanlıları Myanmar hadisələri ilə bağlı etiraz aksiyası keçirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2971
DünənDünən13615
Bu həftəBu həftə36369
Bu ayBu ay16586
Bu günə qədərBu günə qədər10151595

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan azərbaycanlıları Myanmar hadisələri ilə bağlı etiraz aksiyası keçirib

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmarda müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmarda müsəlmanların soyqırımına yox" şüarı səsləndiriblər. 

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O, Myanmardakı hadisələri kəskin pisləyib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Sənəd  BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək.

Saytda Axtarış

ახალი ამბები