Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2131
DünənDünən3415
Bu həftəBu həftə26058
Bu ayBu ay55521
Bu günə qədərBu günə qədər8544413

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Düşmən əks-hücuma keçdi: 10 erməni tankı məhv edilib

Zakir Həsənov orduya yeni əmr verdi.

Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.

Bu barədə Oxu.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

“Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub. Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib”.

Cəbhədə düşmən pilotsuzu məhv edildi – VİDEO

Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib.

 

Pilotsuz aparat Füzuli istiqamətində vurulub.

Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib.

Pilotsuz aparat Füzuli istiqamətində vurulub.

Düşmən dinc sakinləri atəşə tutdu: Ata öldü, oğul ayaqlarını itirib - FOTO

Məmmədovun evinə isə mərmi düşüb.

Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.

"Dalğa TV" xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır artelleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb.

Nəticədə C.Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.

Bütün cəbhə xətti boyu vəziyyət gərginləşdi

Azərbaycan ordusu düşmən səngərlərini atəşə tutdu.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.

Azərbaycanda terror törətmək istəyirlər – Fotolar yayıldı

Türkiyədə xüsusi xidmət orqanları tərəfindən aparılan əməliyyat nəticəsində İŞİD-in 5 terrorçusu ifşa edilib.

"Dalğa TV" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçuların şəkilləri kəşfiyyat hesabatları ilə birgə bütün polis məntəqələrinə göndərilib. Siyahıda adı olan və ABŞ pasportuna malik 32 yaşlı Abu Ayman At-Maghribinin (kod adı Darvan el-Haymar) arvadı Khadiji Nejarı və 2 uşağı ilə birgə 2014-cü il yanvarın 17-də ABŞ-dan Türkiyəyə gələrək buradan Mərakeşə getmək istədiyi, lakin ailənin Mərakeşə getmədiyi bildirilir. Arvadı və uşaqları ilə birgə Türkiyədə olduğu ehtimal edilən terrorçu axtarılır.

Abu Ayman

Sultan Ahmetdə canlı bomba hücumu təşkil edən Nabil Fadılın dostu olduğu bildirilən 35 yaşlı Rashed Alabdalah Algaaganın Türkiyəyə gələ biləcəyi ehtimal edilir. Buna görə də ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi xidmət orqanları Suriya pasportuna malik Algaaganın saxta şəxsiyyət vəsiqəsilə Türkiyəyə keçəcəyini müəyyən edib. 2015-ci ilin iyulunda baş verən atışma nəticəsində öldüyü güman edilən Muhammed Ürkmezin qardaşı Furkan Ürkmezin 2016-cı il martın 6-da Gaziantepdən Suriyaya keçdiyinə dair məlumat alan kəşfiyyat orqanları yaşı kiçik olan Ürkmezin terror qruplaşması tərəfindən "canlı bomba" olaraq istifadə ediləcəyindən şübhələnir.

"WhatsApp" vasitəsilə arvadına "şəhidlik sırası bizdədir" deyə mesaj yazan Hasan Hüseyin Uğurun bombalı terror aktı törədəcəyi ehtimal edilir.

Hasan H. Uğur

Rusiya pasportuna malik olan əslən azərbaycanlı İsa Tupolovun isə Suriyanın Rai şəhərində olduğu bildirilir. Onun Türkiyə və Azərbaycanda terror aktı törətmək barədə plan qurduğuna dair məlumatlar əldə olunub.

Sabah Azərbaycanda havanın temperaturu 26 dərəcəyədək yüksələcək

Martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub -qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı, 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Gürcüstanın Saqareco rayonundakı Mədəniyyət Evində Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvilinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və gürcü xalqının dostluğuna həsr olunan festival keçirilib.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Azərbaycan və Gürcüstanın himnləri səsləndirilib.

Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvili, Saqareco rayon icra hakimiyyətinin nümayəndəsi, Fəal Qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili, həmin assosiasiyanın vitse-prezidenti Alı İsayev və başqaları çıxış edərək festivalın Azərbaycan və Gürcüstanın dostluğuna həsr olunduğunu alqışlayaraq belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər. Çıxışçılar qeyd ediblər ki, festivalın keçirilməsi Azərbaycan və gürcü mədəni əlaqələrini daha da möhkəmləndirir.

Festivalda gürcü rəqs qrupları və Saqareco rayonundakı Ləmbəli kənd orta məktəbinin şagirdləri rəngarəng gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər.

Festivalın sonunda Heydər Əliyev adına Azərbaycan-Gürcüstan Xalqlar Dostluğu Cəmiyyəti Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdikləri layiqli töhfələrə görə festivalda fərqlənən iştirakçıları fəxri diplomlarla təltif edib.

Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili həmçinin festivalı yüksək səviyyədə təşkil etdiyinə görə Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişviliyə "Təşəkkürnamə" təqdim edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, səfirlik əməkdaşları, Saqareco rayon icra hakimiyyətinin rəhbərliyi və rəsmi şəxsləri, rayon təhsil resursları mərkəzinin nümayəndələri, azərbaycanlı və gürcü QHT rəhbərləri, rayonun Qaraçöp bölgəsindən gələn soydaşlarımız, Azərbaycandilli məktəblərin müəllimləri və şagirdləri iştirak ediblər.

 

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Martın 22-də azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp mahalı) rayonunda Yor Muğanlı orta məktəbinin açılışı olub.

"Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.

Yor Muğanlı orta məktəbinin müəllimi İsmixan Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni məktəb müasir standartlara cavab verir: "Məktəbdə 12 sinif otağı var. Siniflər yeni parta və yazı lövhələri ilə, kompüterlərlə təmin olunub, istilik sistemi quraşdırılıb. Məktəbdə 60- dək müəllim 1200 şagirdə dərs deyir. Əvvəllər məktəb kirayə tutulmuş şəxsi evlərdə fəaliyyət göstərirdi. Yeni istifadəyə verilən məktəbdə Yor Muğanlı və Keşəli kəndlərindən gələn şagirdlər təhsil alır".

Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı Yor Muğanlı və Keşəli kəndlərində 1000-dən çox ailə yaşayır.

Marqvelaşvili azərbaycanlılarla yumurta döyüşdürdü - FOTO

Prezident bayram tədbirlərinə qatılıb.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi təşkil edilib.

 

"Dalğa TV"nin APA-ya istinadən məlumatına görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan sonra tribunaya qalxıblar.

Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram olduğunu bildirib, azərbaycanlı, gürcü və digər millətləri birliyə, əmin-amanlığa çağırıb.

 

Sakinlərlə görüşən prezident onların şikayətlərini dinləyib, Novruz ənənələri ilə tanış olub və tonqal ətrafında yumurta döyüşdürüb

 

Gürcüstanın baş naziri G. Kvirikaşvili Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə azərbaycanlıları təbrik edib.

Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı  iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz bayramı münasibəti ilə sülh, əmin-amanlıq  və bərəkət arzulayıb.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram münasibəti ilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo Kartli  qubernatorunun müavini , Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları iştirak ediblər.

Prezident bayram tədbirlərinə qatılıb.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi təşkil edilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan sonra tribunaya qalxıblar.

Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram olduğunu bildirib, azərbaycanlı, gürcü və digər millətləri birliyə, əmin-amanlığa çağırıb.

Sakinlərlə görüşən prezident onların şikayətlərini dinləyib, Novruz ənənələri ilə tanış olub və tonqal ətrafında yumurta döyüşdürüb

Gürcüstanın baş naziri G. Kvirikaşvili Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə azərbaycanlıları təbrik edib.

Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı  iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz bayramı münasibəti ilə sülh, əmin-amanlıq  və bərəkət arzulayıb.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram münasibəti ilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo Kartli  qubernatorunun müavini , Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları iştirak ediblər.

Azərbaycan prezidenti Novruz şənliyində iştirak edib

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
"Dalğa TV"nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli oğlanlar və qızlar Azərbaycan prezidentinə bayram xonçası təqdim ediblər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi "Novruz" yarmarkası ilə tanış olublar.

Prezident İlham Əliyev və Mehriban Əliyeva "Natiq" ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Dövlət başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.

Prezident İlham Əliyevə və Mehriban Əliyevaya həmçinin "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının biletləri təqdim olunub. Azərbaycan prezidenti bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibilər.

Batumidə Novruz bayramı - Fotolar

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatcılığı ilə mart ayının ayının 15-də Azərbaycan,rus və gürcü şagirdlərinin təhsil aldığı Batumi şəhər "21-ci əsr" gimnaziyasında Novruz bayramına həsr edilmiş tədbir keçirilib.


"Dalğa TV" xəbər verir ki, tədbirdə , "21-ci əsr" gimnaziyasının müəllim kollektivi, Acarıstan Muxtar Respublikasının ictimai və siyasi dairələrin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak edib.

Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstəriblər, mahnılar, rəqslər ifa ediblər və bahara, Novruz bayramına həsr olunan şeirlər söyləyiblər.Milli geyimdə olan istedadlı azəri və gürcü şagirdləri tərəfindən Azərbaycan tarixi haqqında qonaqlara məlumat verilib. Tədbirdə milli geyimdə olan Bahar qızının qədim, qəlbimizin bir parçası olan Şuşamızın və Qarabağımızın "Sari Gəlin "rəqsi ilə xatırlanması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

MTN-çilərin daha bir cinayəti – Arvadına silah dayayıb, ərini şantaj ediblər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı ilə bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılmaya başlanılıb.

Bu barədə  vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, keçmiş MTN-nin bir neçə əməkdaşı hüquqlarını müdafiə etdiyi Seyhun Mustafayevə məxsus müəsisəni hədə-qorxu yolu ilə əlindən alıblar: "Seyhun Abşeron rayon ərazisində böyük müəssisə sahibi olub. Həmin müəsisəni o, özü tikib. 2007-ci ildə hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seyhunun yanına gedərək ona hədə-qorxu gəliblər. Deyiblər ki, əgər sən bu müəssisəni bizə verməsən səni sabiq İnkişaf Naziri Fərhad Əliyevin adamı kimi qələmə verib bu adla səni həbs edəcəyik. Seyhun isə Fərhad Əliyevi tanımadığını deyir".

Vəkil qeyd edib ki, MTN əməkdaşları S.Mustafayevin həyat yoldaşına da təzyiqlər edib, evdən çıxarıblar: "Onu silah gücü ilə hüquq-mühafizə orqanlarına aparıblar. Seyhuna məxsus müəssisəni alqı-satqı, yaxud da etibarnamə yolu ilə adlarına keçiriblər. Təzyiq edib, natarius vasitəsi ilə müəsisənin bütün sənədlərini ondan alıblar".

A.Məmmədov sözügedən MTN əməkdaşları ilə bağlı Baş Prokurorluğa məlumat verdiyini bildirib: "Bizə məktub gəlib ki, ağır cinayətlərdə bununla bağlı araşdırmaya başlanılıb: "Yazıblar ki, sizə əlavə məlumat verəcəyik. Amma Seyhun deyir ki, həmin adamlar hazırda nazirlikdə işləyir".

Saytda Axtarış

Son xəbərlər