Dalga Televiziyasi Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün425
DünənDünən2998
Bu həftəBu həftə425
Bu ayBu ay95393
Bu günə qədərBu günə qədər8457024

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir

Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir. Bu gün bizim Türkiyə və Azərbaycan ilə ənənəvi mehriban qonşuluq münasibətlərimiz getdikcə möhkəmlənir və daha da dərinləşir.

Bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 18-də Tbilisidə keçirilən Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin ənənəvi illik konfransında deyib. 

Qonşu dövlətlərə səfərindən danışan hökumət başçısı Azərbaycana səfərinin uğurlu olduğunu qeyd edib.

Baş nazir deyib ki, Gürcüstanın qonşu dövlətlərlə mehriban münasibətləri, bəzi ölkələrlə strateji tərəfdaşlığı, eləcə də Avropa İttifaqına və Avratlantik alyansa inteqrasiyasında gürcü diplomatiyasının xüsusi rolu var. 

M.Baxtadze gürcü diplomatlarının ölkənin suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması işinə böyük töhfə verdiklərini vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər