Dalga Televiziyasi Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün327
DünənDünən1595
Bu həftəBu həftə6129
Bu ayBu ay50828
Bu günə qədərBu günə qədər7421302

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Bu barədə ali seçki qurumundan məlumat verilib. 

Bildirilib ki, hazırda 6 namizədin qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Qeydiyyat zamanı bir təşəbbüs qrupuna və bir siyasi partiyaya sənədlərində mövcud problemlə bağlı prezident seçkilərində namizədlə iştirak etməyə icazə verilməyib. Bundan başqa, 19 təşəbbüs qrupu MSK-ya imzaları təqdim etmədiyindən onların irəli sürdüyü namizədlərin qeydiyyatı məsələsinə baxılmayıb.

Gürcüstan MSK prezidentliyə namizədlərin qeydiyyat prosesinə sentyabrın 28-də yekun vuracaq.

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. MSK-ya seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən 20 siyasi partiya və 26 təşəbbüs qrupundan müraciət daxil olub.

Saytda Axtarış

Son xəbərlər