Dalga Televiziyasi "Reket jurnalistika"dan əziyyət çəkirik — Əflatun Amaşovdan AÇIQLAMA
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1071
DünənDünən2551
Bu həftəBu həftə12096
Bu ayBu ay1071
Bu günə qədərBu günə qədər7818395

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"Reket jurnalistika"dan əziyyət çəkirik — Əflatun Amaşovdan AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Dalga tv xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Ə.Amaşov qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var: 

"Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. "Reket jurnalistika"dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistika"ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var".

Ə.Amaşov qeyd edib ki, bəzən "reket jurnalistika" ilə məşğul olan şəxslərə ayrı-ayrı dövlət qurumları da dəstək verir:

"Mən əminəm ki, bu gün ayrı-ayrı vicdanlı dövlət nümayəndələrinə şər-böhtan atan bu cür "reket jurnalistika" ilə məşğul olan adamlardan hüquq-mühafizə orqanlarının da məlumatı var". 

Saytda Axtarış

Son xəbərlər