Dalga Televiziyasi Tovuzda yol qəzasında ana ölüb, 3 övladı xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1644
DünənDünən3713
Bu həftəBu həftə16368
Bu ayBu ay1644
Bu günə qədərBu günə qədər9768892

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tovuzda yol qəzasında ana ölüb, 3 övladı xəsarət alıb

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.

Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər