Dalga Televiziyasi Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri 123 yaşlı azərbaycanlıya seçki bildirişi təqdim edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün20
DünənDünən302
Bu həftəBu həftə322
Bu ayBu ay43031
Bu günə qədərBu günə qədər7531248

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri 123 yaşlı azərbaycanlıya seçki bildirişi təqdim edib

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya azərbaycanlıların kompakt yaşadığı Qardabaninin Nəzərli kəndinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, MSK sədrinin Nəzərli kəndinə səfərində məqsəd ölkədə ən yaşlı seçici olan 123 yaşlı Səyalı Sadıqovaya seçki bildirişini təqdim etmək olub.

S. Nəzərova ilə görüşən T. Jvaniya onun gümrahlığına və fiziki işlə məşğul olmasına, hətta 8 metr dərinliyə malik quyudan su daşımasına şahid olub. MSK sədri Səyalı nənənin sosial həyat şəraiti ilə maraqlanıb və onu medianın iştirakı ilə oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə dəvət edib. Görüşdə Qardabani rayon İcra Hakimiyyətinin rəhbərləri, kənd icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

S. Sadıqova seçki bildirişini ona şəxsən təqdim etdiyi üçün MSK sədri T. Jvaniyaya təşəkkürünü bildirib və oktyabrın 27-də səsverməyə qatılacağını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 23 nəfər prezidentliyə namizəd prezident seçilmək üçün mübarizə aparacaq.

Saytda Axtarış

Son xəbərlər