Dalga Televiziyasi Azərbaycan və Acarıstan arasında birgə turizm paketlərinin hazırlanması müzakirə olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün954
DünənDünən1299
Bu həftəBu həftə9198
Bu ayBu ay46936
Bu günə qədərBu günə qədər7474270

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Acarıstan arasında birgə turizm paketlərinin hazırlanması müzakirə olunub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər ediblər.

APA-nın yerli bürosunun məlumatına əsasən, Acarıstan Turizm Departamentinin dəvəti ilə baş tutan səfər çərçivəsində azərbaycanlı turizm menecerləri Acarıstanın otel infrastrukturu və turizm obyektləri ilə tanış olublar.

Azərbaycandan olan nümayəndələr Acarıstanın turizm imkanları barədə təqdimatla tanış olublar. Yerli turizm şirkətləri ilə keçirilmiş görüşlərdə Azərbaycan və Acarıstan arasında birgə turizm paketlərinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Acarıstana səfər edən əcnəbi ziyarətçilərin sayına görə Azərbaycan ikinci yerdədir. Bu ilin 10 ayı ərzində Azərbaycandan Acarıstana səfər edənlərin sayı 137 304 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 42% çoxdur.

Saytda Axtarış

Son xəbərlər