Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1789
DünənDünən3656
Bu həftəBu həftə20169
Bu ayBu ay5445
Bu günə qədərBu günə qədər9772693

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Sabah ilin ən yaxşıları təqdim olunacaq

alt

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü ilin “Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Müsabiqənin keçirilməsi ənənəvi xarakter daşıyır və qaliblər 24 nominasiya üzrə müəyyənləşdirilir: “Tədbirdə ilin ən fəal müəllimi, rejissoru, aktyor və aktrisası, rəqqas və rəqqasəsi, bədii rəhbəri, saytı, tədbiri, mədəniyyət evi, xalq kollektivi və s. nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Tədbirdə 32 mədəniyyət müəssisəsi və 67 mədəniyyət işçisi fəxri fərmanlar, diplomlar, pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq”.

İdarədən əlavə ediblər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına və tabeliyində olan mədəniyyət müəssisələrində il ərzində təşkil edilmiş tədbirlərdə fəal iştirakına görə 88 nəfərə mükafatlar təqdim ediləcək. 

Başqa məqalələr...

Saytda Axtarış

Son xəbərlər