Dalga Televiziyasi Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4738
DünənDünən4493
Bu həftəBu həftə33450
Bu ayBu ay9231
Bu günə qədərBu günə qədər9022138

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili noyabrın 17-də Marneuli şəhərində Marneuli, Bolnisi və Dmanisidə yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlı qadınlarla görüşüb.

Nazirliyin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov bildirib ki, görüşdə bələdiyyələrdə və ictimai həyatın müxtəlif sahələrində çalışan qadınlar dövlət nazirinə və onun müavininə bölgələrdə mövcud problemlər barədə ətraflı məlumat veriblər.

Ketevan Tsixelaşvili görüş iştirakçılarına vətəndaş cəmiyyətində fəal iştirak etdikləri üçün təşəkkür edib. Qaldırılan məsələlərin araşdırılacağını və onların həllinə çalışacaqlarını bildirib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar da bölgənin inkişafına kömək edirlər. Onların bu fəallığı qürurvericidir. “Bu, bir daha bizim tarixi Vətənimizin inkişafı naminə birliyimizi sübut edir”, - deyə K. Tsixelaşvili vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər