Dalga Televiziyasi Azərbaycan ombudsmanı: “Beynəlxalq qurumlar Moldova ombudsmanının Ermənistan tərəfindən təzyiqinə laqeyd qalmamalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün393
DünənDünən1617
Bu həftəBu həftə9392
Bu ayBu ay40935
Bu günə qədərBu günə qədər7529152

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan ombudsmanı: “Beynəlxalq qurumlar Moldova ombudsmanının Ermənistan tərəfindən təzyiqinə laqeyd qalmamalıdır”

alt“Moldovalı ombudsman xanım Aurelia Qriqoriunun Ermənistan tərəfindən təzyiqə məruz qalmasına heç bir beynəlxalq qurum laqeyd qalmamalıdır”.


APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ombudsman Elmira Süleymanova verib. O deyib ki, Aurelia Qriqorunun ermənilər tərəfindən terrorla hədələnməsi ilə bağlı Azərbaycan dünya birliyinə müraciət etməlidir: “Sentyabrın 2-də və 5-də Kiyev şəhərində Avropa Birliyinin təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tədbir keçiriləcək. Orada bu məsələni qaldıracağam. Tərəfdaşlıq ən əvvəl qarşılıqlı etibara, dəstəyə əsaslanmalıdır. Biz bunu praktik olaraq həyata keçirmiriksə, belə müzakirələrin nə mənası var?!”

E. Süleymanova qeyd edib ki, Ermənistan hökuməti və xalqı artıq öz yanaşmaq tərzini və əxlaqını dəyişməlidir: “Onlar dərk etməlidirlər ki, bu münaqişə uzansa belə, bunun sonu sülhdür, torpaqların qaytarılmasıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu isə təkcə Azərbaycana yox, Ermənistana da, regiona da, bütün dünyaya da xeyirdir. Dövlətlərin siyasətində belə bir dönüş əmələ gəlsə, bu bütövlükdə davamlı inkişaf üçün böyük dəstək olacaq”.

Saytda Axtarış

Son xəbərlər