Dalga Televiziyasi Gürcüstan DİN-in mobil patrulu separatçı Sxinvali bölgəsindən atəşə tutulub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün9945
DünənDünən5297
Bu həftəBu həftə29728
Bu ayBu ay9945
Bu günə qədərBu günə qədər10144954

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan DİN-in mobil patrulu separatçı Sxinvali bölgəsindən atəşə tutulub

alt

 Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mobil patrulu separatçı Sxinvali bölgəsindən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

 

Bu barədə Gürcüstan DİN-in açıqlamasında bildirilir.   

“Avqustun 10-u saat 10.45 radələrində Gürcüstanın nəzarəti altında olan, Qori rayonunun işğal xəttinin yaxınlığında yerləşən Kveşi kəndində Sxinvali bölgəsindən Gürcüstan DİN-in mobil patrulu səmtə naməlum silahlı şəxslər tərəfindən atəş açılıb. İnsident baş verən zaman hadisə yerində Gürcüstanda müşahidə üzrə Avropa Birliyinin missiyasının nümayəndələri olub. Onlar “qaynar xətti” işə saldıqdan sonra vəziyyəti vaxtında nizamlamaq mümkün olub.

İnsident nəticəsində xəsarət alan yoxdur.  Gürcüstan DİN-i baş vermiş təxribat xarakterli hərəkəti qəti şəkildə pisləyir və insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin bütün tərəflərini insidentin hərtərəfli araşdırılmasına çağırır”, deyə Gürcüstan DİN-in bəyanatında bildirilir. 

Saytda Axtarış

Son xəbərlər