Dalga Televiziyasi Gürcüstanda prezidentliyə namizəd David Bakradze azərbaycanlılarla görüşmüşdür
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün206
DünənDünən722
Bu həftəBu həftə9927
Bu ayBu ay41470
Bu günə qədərBu günə qədər7529687

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda prezidentliyə namizəd David Bakradze azərbaycanlılarla görüşmüşdür

altGürcüstan parlamentinin sabiq sədri, “Vahid milli hərəkat” partiyasından prezidentliyə namizəd David Bakradze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində yerli əhali ilə görüşüb onları Ramazan bayramı münasibətilə təbrik etmişdir.
D. Bakradze Marneuliyə müsəlmanların Ramazan bayramını təbrik etmək və bununla bir daha onlara qarşı ehtiramını bildirmək üçün gəldiyini demişdir. O qeyd etmişdir ki, bölgənin əməksevər sakinləri ailələrini öz halal zəhmətləri ilə saxlayır, Gürcüstanın gücləndirilməsi naminə var qüvvələrini əsirgəmirlər.
D. Bakradze vurğulamışdır ki, Gürcüstanda yaşayan etnik azlıqlar özlərini ölkənin vətənpərvəri sayırlar.
Prezidentliyə namizəd azərbaycanlıları bir daha təbrik etmiş, onların ailələrinə, dirçəliş və rifah arzulamışdır.

Saytda Axtarış

Son xəbərlər