Dalga Televiziyasi Ermənilər Qarabağda hərbi məktəb tikirlər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2309
DünənDünən3189
Bu həftəBu həftə15411
Bu ayBu ay24947
Bu günə qədərBu günə qədər7513164

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənilər Qarabağda hərbi məktəb tikirlər

altErmənilər Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonu ərazisindəki Vəng kəndində strateji obyekt tikirlər. Erməni KİV-lərinin məlumatına görə, işğalçılar hazırda qeyd edilən ərazimizdə Suvorov və Mədətyan adına hərbi məktəb inşa edirlər.

İnşaat işləri erməni xeyriyyəçi Levon Ayrapeytan və Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “qəhrəmanı” Arkadi Ter-Tadevosyanın dəstəyilə gerçəkləşdirilir.

Ermənilər bu hərbi məktəbin açılışını 2014-cü ilə planlaşdırırlar. Məlumata görə, hərbi təhsil müəssisəsi bütün müasir beynəlxalq standartlara cavab verəcək. Ermənilar burada Rusiya, Fransa, ABŞ hərbi təhsil üsullarının tətbiq olunacağını bildirirlər. Bunun üçün xaricdən də yüksək səviyyəli müəllimlərin cəlb olunacağı qeyd edilir.

O da bildirilir ki, hərbi məktəbdə təhsil alacaq erməni gənclərinə rus, ingilis və Azərbaycan dilləri də öyrədiləcək ki, onlar bu dillərdə sərbəst danışa bilsinlər. Adı çəkilən hərbi təhsil müəssisəsində Azərbaycan dilini bilən erməni kəşfiyyatçıları və digər hərbi mütəxəssislər hazırlamaq da planlaşdırılır.

Saytda Axtarış

Son xəbərlər