Dalga Televiziyasi Gürcüstan XİN rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4138
DünənDünən13615
Bu həftəBu həftə37536
Bu ayBu ay17753
Bu günə qədərBu günə qədər10152762

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan XİN rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Heydər Əliyevin məzarını ziyarət edib.

"Dalğa TV"nin məlumatına görə, o, H. Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Gürcüstan xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən M. Canelidzeyə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Saytda Axtarış

Son xəbərlər