Dalga Televiziyasi Mixeil Saakaşvili: Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün790
DünənDünən355
Bu həftəBu həftə10866
Bu ayBu ay42409
Bu günə qədərBu günə qədər7530626

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mixeil Saakaşvili: Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır

altGürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır. Bu barədə Gürcüstan prezidenti Mixeil Saakaşvili Tbilisidə Azərbaycan müxalifətçilərinin görüşünü şərh edərək cümə axşamı bildirib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır", Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir. "Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır, hansınaki son aylarda artıq zərər vura bilib," prezident qeyd edərək deyib ki, "Azərbaycanla münasibətləri qorumaq lazımdır".

Saakaşvili vurğulayıb ki, "hər bir halda Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır".

Tbilisidə iyulun 30-31-də mehmanxanaların birində Azərbaycan müxalifətinin nümayəndələri danışıqlar aparıblar.

Saytda Axtarış

Son xəbərlər