Dalga Televiziyasi Marneulidə "NATO Gənclər Forumu" keçirilib - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün118
DünənDünən3331
Bu həftəBu həftə9550
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466149

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə "NATO Gənclər Forumu" keçirilib - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda başlayan "NATO həftəsi - 2015" çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Marneuli Gənclər Mərkəzi"nin (MGM), NATO və Avropa Birliyi Məlumatlandırma Mərkəzinin və Rumıniyanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə silsilə tədbirlər həyata keçirilib..
"Dalğa TV" xəbər verir ki, NATO həftəsi çərçivəsində şahmat üzrə "NATO kuboku" uğrunda gənc azərbaycanlı şahmatçılar mübarizə aparıb, həmçinin azərbaycanlı gənclərin NATO mövzusunda əl işlərindən ibarət sərgisi təşkil edilib. NATO-ya həsr olunan tədbirlərdə iştirak edən qonaqlar azərbaycanlı gənc xalça ustalarının əl işlərinə baxış keçiriblər.

NATO çərçivəsində Marneulidə gənclərin qatıldığı "NATO Gənclər Forumu" da keçirilib. Forumda NATO İnformasiya Mərkəzinin rəhbəri Yelena Qotsadze, NATO mərkəzi qərargahının xalq diplomatiyası departamentinin rəsmisi Despina Afentouli, dövlət aparatının nümayəndəsi Olqa Spirandi, Rumıniya səfirliyinin nümayəndəsi Radu Qorinçoi iştirak ediblər.

Tədbirdə Gürcüstanda fəaliyyət göstərən ali məktəblərin azərbaycanlı tələbələri NATO mövzusunda öz esseləri ilə çıxış ediblər. Forum şahmat çempionatının qaliblərinin və ən yaxşı rəsm müəlliflərinin mükafatlandırılması ilə başa çatıb. Marneuli Gənclər Mərkəzinin şahmat kursunun üzvləri Ruslan Mustafayev, Mənsum Məmmədov, Anil Karamov və rəsm kursunun üzvləri Sənan Cəlilov, Turanə Xudayeva dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Saytda Axtarış

Son xəbərlər