Dalga Televiziyasi Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün946
DünənDünən4308
Bu həftəBu həftə27962
Bu ayBu ay58624
Bu günə qədərBu günə qədər8801910

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanda bir sıra şəhər və rayonların icra başçıları dəyişdirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA -nın xəbərinə görə, başqa bir sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.

Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Saytda Axtarış

Son xəbərlər