Dalga Televiziyasi Gürcüstanın daxili işlər naziri: “Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1315
DünənDünən3048
Bu həftəBu həftə7416
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464015

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın daxili işlər naziri: “Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir”

alt“Çox şadam ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Mən bunu alqışlayıram”.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan jurnalistlərinə açıqlamasında Gürcüstanın daxili işlər naziri Aleksandr Çikvaidze deyib.

Nazir son vaxtlar Gürcüstanın Azərbaycanla sərhəd zolağında yeni nəzarət-buraxılış məntəqələrinin açılmasına və güc nazirlikləri arasındakı əməkdaşlığa da münasibət bildirib: “Mən sərhəd nəzarət-buraxılış məntəqələrinin açılmasını alqışlayıram. Dövlətlərimiz arasında sıx əlaqələr mövcuddur və iqtisadiyyatımız, sosial vəziyyətimiz getdikcə yaxşılaşır. Biz çalışırıq ki, regionda baş verən mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə aparaq və birgə əməkdaşlığımız regionda sabitliyə və təhlükəsizliyin təminatına xidmət etsin. Azərbaycanın güc strukturlarının rəhbərləri ilə yaxşı münasibətlərim var və hər iki dövlətin bu strukturları əməkdaşlığımızı möhkəmləndirməkdə və münasibətlərimizi daha da dərinləşdirməkdə maraqlıdır”.

Saytda Axtarış

Son xəbərlər