Dalga Televiziyasi Tbilisidə Saakaşvilinin həbsi tələb edildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3250
DünənDünən5431
Bu həftəBu həftə21773
Bu ayBu ay76673
Bu günə qədərBu günə qədər10348275

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə Saakaşvilinin həbsi tələb edildi

alt
Gürcüstan parlamentinin Tbilisinin mərkəzindəki keçmiş binasının qarşısında eks-prezident Mixail Saakaşvilinin məhkəməyə verilməsi tələbi ilə aksiya keçirilib. “Vətəndaş fəallığı” ictimai klubunun dəstəyi ilə gənclərin iştirak etdiyi aksiyada 100-ə yaxın iştirakçı olub. Onların əllərində  “Repressiya qurbanlarını unutmayın!”, “Biz 7 noyabrı xatırlayırıq!”, “Qırmızı terror!”, “26 may yadımızdadır!” yazılan plakatlar olub. Aksiya iştirakçıları Saakaşvilini və onun ətrafını gürcü xalqına qarşı cinayətlərdə də ittiham ediblər.

Xatırladaq ki, Saakaşvili oktyabrın 30-da Brüsselə səfəri zamanı həbs olunacağından çəkindiyini bildirib: “Gürcüstanın baş naziri dəfələrlə mənə qarşı məhkəmə araşdırılması aparacağı ilə hədələyib. O, hətta bəyan edib ki, mən həbsxanada oturmalıyam. Bu, həqiqətdir”.

Saytda Axtarış

Son xəbərlər