Dalga Televiziyasi Gürcüstan prezidentinin iqamətgahı universitetə veriləcək - FOTO - DalgaTV VIDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1095
DünənDünən4363
Bu həftəBu həftə14187
Bu ayBu ay69087
Bu günə qədərBu günə qədər10340689

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidentinin iqamətgahı universitetə veriləcək - FOTO - DalgaTV VIDEO

alt

 

Gürcüstan prezidentinin paytaxt Tiflisin Avlabar rayonunda yerləşən iqamətgahı Gürcüstan-Amerika Universitetinə veriləcək. Bunu yeni prezident Georgi Marqvelaşvili açıqlayıb.

G. Marqvelaşvili universitetin gələn il açılacağını deyib: “Bu, çox maraqlı layihədir və Gürcüstana yüksək keyfiyyətli təhsil gətirəcək. Mən çox şadam ki, büdcədən bu cür təmtəraqlı binaya ayrılan vəsait gürcü tələbələrinə və onların təhsilinə xərclənəcək”.  

Qeyd edək ki, G. Marqvelaşvili daha öncə verdiyi açıqlamada prezident iqamətgahında oturmayacağını və Dövlət Dəftərxanasının binasında fəaliyyət göstərəcəyini bildirmişdi.  

Avlabardakı iqamətgah 2004-2009-cu illərdə Mixail Saakaşvilinin təşəbbüsü ilə inşa edilib.  

Saytda Axtarış

Son xəbərlər