Dalga Televiziyasi Azərbaycan prezidenti İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3030
DünənDünən2998
Bu həftəBu həftə3030
Bu ayBu ay97998
Bu günə qədərBu günə qədər8459629

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan prezidenti İlham Əliyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.


APA-nın məlumatına görə, dövlət başçısı Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü münasibətilə Türkiyə rəhbərliyini və xalqını Azərbaycan xalqı və öz adından təbrik edib.

“Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq. Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.

İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcək”, - deyə təbrikdə vurğulanır.

Saytda Axtarış

Son xəbərlər