Dalga Televiziyasi Lukaşenkodan Gürcüstana çağırış
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün604
DünənDünən5398
Bu həftəBu həftə6002
Bu ayBu ay58660
Bu günə qədərBu günə qədər9340734

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Lukaşenkodan Gürcüstana çağırış

alt

Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırıb.

Bu barədə o, MDB Dövlət başçıları Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Belarus prezidenti Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: “Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək”.

A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.

Saytda Axtarış

Son xəbərlər