İrakli Kobaxidze İlham Əliyevə başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Baş nazir məktubunda Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzası ilə əlaqədar olaraq kədərləndiyini qeyd edib.
Sözügedən məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən sarsıtdı.
Gürcüstan Hökuməti və gürcü xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda biz qardaş Azərbaycanın yanındayıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Zati-aliləri, Sizin və dost Azərbaycan xalqının kədərini bölüşürük”.