Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğrayıb

Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarə “Azərbaycan Hava Yolları”na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.

Məlumata görə, təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey