Ramazan ayı başladı

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir. Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 19 aprel (Razamanın 18-ci günü), 21 aprel (Ramazanın 20-ci günü), 23 aprel (Ramazanın 22–ci günü) və 27 aprel (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey