Gürcüstanın Türkiyədəki səfirliyi bu ölkədə tətbiq olunan yeni məhdudiyyətlərlə bağlı, Türkiyədə olan Gürcüstan vətəndaşlarına müraciət edib. 24News.ge xəbər verir ki, bu barədə səfirliyin rəsmi məlumatında qeyd olunub. Məlumata əsasən, Türkiyə tərəfinin qərarı ilə, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə 22 aprel saat 19:00-dan 26 aprel saat 05:00-a qədər küçəyə çıxmaq qadağandır. Həmçinin həftə sonları və iş günləri saat 19:00-dan 05:00-a qədər küçəyə çıxma məhdudiyyəti də qüvvədə qalır. Əlavə məlumatlar üçün aşağıda göstərilən telefonlarla əlaqə saxlaya bilərsiniz: Gürcüstanın Ankara səfirliyi: +90 533 690 30 40; +90 539 220 82 80 Gürcüstanın İstanbuldakı Baş Konsulluğu: +90 541 818 44 00 Gürcüstanın Trabzondakı Baş Konsulluğu: +90 541 326 22 26 Gürcüstanın İzmirdəki Fəxri Konsulluğu: +90 530 280 45 08

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan, Marneuli Kitabxanasında təsis olunan “Amerika Güşəsi”nin açılışında iştirak edib.

24News.ge xəbər verir ki, Amerika Güşəsinin qırmızı lentini səfir Kelli Deqnan, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli və Qardabaninin majoritar millət vəkili Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin rəhbəri Amiran Giorgadze və Marneuli merinin 1-ci müavini Zaur Tabatadze kəsib.

Tədbirin rəsmi hissəsindən sonra kitabxana binasının qarşısındakı bağda dostluq rəmzi olan ağaclar əkilib. Səfir həmçinin, Marneuli Gənclər Mərkəzində toxunan və kitabxana qarşısında şərgilənən xalçalarla da tanış olub.

Guşənin əsas fəaliyyət istiqaməti Gürcüstan və ABŞ xalqları arasında anlaşma və əməkdaşlığı təşviq etməkdən ibarət olacaq. Ziyarətçilərə ingilis dili üzrə biliklərin artırılması, ABŞ universitetlərində təhsil proqramları barədə məlumat almaq, ingilis və gürcü dillərində ictimai proqramlarda iştirak imkanı yaradılacaq.

Mərkəzdə Amerika cəmiyyəti və demokratik dəyərlər barədə öyrənmək, müasir texnologiyalardan istifadə, müxtəlif adda kitab və video materiallarla tanış olmaq, ideya və layihələr reallaşdırmaq da mümkün olacaq.

Qeyd olunub ki, ABŞ guşəsi istənilən yaş qrupuna aid şəxslər üçün əlçatan olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey