Tbilisidə bir sıra vətəndaşlar etiraz aksiyası keçirib…
2019-cu ilin 20 iyun hadisələrində iştirak edən vətəndaşlar, amnistiya haqqında qanun layihəsinə etiraz ediblər.
Etiraz aksiyası parlamentin binası qarşısında baş tutub.
Aksiyanın iştirakçılarından olan İrakli Pavlenişvili bildirib ki, onların hüquqları taptalanmağa davam edərsə, etiraz aksiyasını davam etdirəcəklər:
“20 iyun hadisələrində zərər görənlərin və həmçinin mənim də məsələm Strasburq məhkəməsindədir. Biz haqqlarımızın bərpasını tələb edirik. 2019-cu ilin 20 iyununda polis bizə qarşı cinayət törədib və bir çox insan xəsarət alıb. Amnisitiya haqıqnda qanun layihəsində isə qanunu pozan hər kəsin, həmçinin zərər çəkən şəxslərin bağışlanılması nəzərdə tutulur”, – deyə İrakli Pavlenişvili bildirib.
Xatırladaq ki, 2019-cu ilin 20 iyun hadisələri zamanı polis etirazçıları dağıdan zaman bir neçə vətəndaşın sağlamlığına ziyan dəyib. Hazırda isə iqtidar və bir sıra müxalifət partiyaları arasında əldə olunan razılığa əsasən, Nika Melianın həbsdən azad olunması üçün 20 iyun hadisələrində günahkar hesab olunan bütün tərəflərin əfv olunması üçün, amnistiya haqqında qanun layihəsinin təsdiqi gözlənilir .