Bakı-Tbilisi-Qars dəmir yolu ilə, ilk türk yük qatarı Çinə yola düşür
Türk ixracat qatarı bu gün 8 dekabr tarixində Türkiyədən çıxaraq, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çinə yola düşəcək.
Bu barədə yerli mətbuatlar məlumat yayıb.
Məlumata əsasən, Türkiyə istehsalı olan məhsullarla yüklənmiş qatar, Gürcüstana daxil olduqdan sonra axalkalakidə dayanacaq və daha sonra Azərbaycan və Qazaxıstan üzərindən Çinin Sian əyalətinə çatacaq.
Plana əsasən, qatar 12 gündə 8 693 kilometr məsafə qət etməlidir, onun 220 kilometri Gürcüstan ərazisinə düşür.