Rusiya vətəndaşları Tbilisidə Gürcüstana dəstək aksiyası keçirəcək
Gürcüstanda yaşayan və səfərdə olan Rusiya vətəndaşları iyulun 9-da Tbilisidə aksiya keçirəcəklər.
Bu barədə aksiya təşkilatçıları məlumat yayıb.
Aksiya Gürcüstan parlamentinin binası qarşısında “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə” şüarı altında baş tutacaq.
Təşkilatçılar bildiriblər ki, Gürcüstan dünyada ən təhlükəsiz və xeyirxah ölkədir.
Aksiyada Rusiya prezidenti Vladimir Putinin Gürcüstana qarşı siyasətinə etiraz ifadə olunacaq.