Gürcüstan parlamentində rus deputata görə gərgin anlar

Bu gün Gürcüstan parlamentində Pravoslav kilsəsinin Parlamentlərarası 26-cı baş sessiyası yaşanan gərginliklə əlaqədar yarımçıq qalıb. Bir qrup millət vəkili tədbirdə rusiyalı deputatların iştirakına etiraz edib.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Sessiyada Rusiya Dövlət Dumasının deputatı, Kommunist Partiyasının üzvü Sergey Qavrilovun tədbir iştirakçılarına parlament spikeri üçün nəzərdə tutulmuş yerdən müraciət etməsi yerli deputatları hiddətləndirib.
“Avropa Gürcüstanı” partiyasının üzvü, deputat Georgi Kadelaki S.Qavrilovun Gürcüstan spikerinin yerinə oturmasının ölkənin dövlət institutları və rəmzlərinə həqarət olduğunu söyləyib.

Deputat Akakiy Boboxidze isə etiraz əlaməti olaraq zalda əyləşmiş rusiyalı deputatların üstünə su töküb.

Nəticədə, sessiya yarımçıq dayandırılıb. S.Qavrilov zalı tərk edib, gürcüstanlı deputatlar isə onun bir daha bu zala ayaq basmasına imkan verməyəcəklərini bəyan ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey