Almaniya kansleri: Rusiya Avropa təhlükəsizliyi üçün ən böyük təhdiddir

Almaniyanın yeni kansleri Fridrix Mertz Rusiya Federasiyasını Avropa qitəsinin təhlükəsizliyi üçün “ən böyük təhdid” adlandırıb.
“Dalğatv” xəbər verir ki, bu barədə o, Polşanın Baş naziri Donald Tusk ilə birgə keçirilmiş mətbuat konfransı zamanı çıxışı zamanı bildirib.

Fridrix Mertz qeyd edib ki, Avropanın mövcud geosiyasi vəziyyətdə üzləşdiyi çağırışlar fonunda təhlükəsizlik və müdafiə sahəsində koordinasiyalı və məqsədyönlü addımlar atılmalıdır. Onun sözlərinə görə, Rusiya tərəfindən davam etdirilən təcavüzkar siyasət, xüsusilə də Ukraynada baş verən hadisələr fonunda, Avropa ölkələri üçün ciddi təhlükə mənbəyi olaraq qalır.

Kansler vurğulayıb ki, bu səbəbdən Avropa İttifaqı ölkələri və NATO üzvləri arasında hərbi əməkdaşlıq daha da gücləndirilməli, müdafiə qabiliyyətinin artırılması istiqamətində təcili və sistemli tədbirlər həyata keçirilməlidir.

Fridrix Mertz, həmçinin, Almaniyanın bu prosesdə liderlik rolunu üzərinə götürməyə və ümumi Avropa təhlükəsizliyinin təmin olunması naminə bütün zəruri təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey