Almaniyanın Ştutqart şəhərində avtomobil bir qrup insanı vurub, xəsarət alanlar var
Almaniyanın Ştutqart şəhərinin mərkəzində avtomobil bir qrup insanı vurub.
“Dalğatv” “ Azərtac”a istinadla xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Polis idarəsinin açıqlamasında hadisənin terror aktı olmadığı, qəza olduğu ifadə edilib. ”Hazırda hadisənin hücum və ya qəsdən törədilmiş cinayət olduğuna dair heç bir dəlil yoxdur”, – deyə polisin məlumatında qeyd edilib.
Qəzaya səbəb olan “Mercedes G-Class” markalı avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Onun dönmə əməliyyatı zamanı idarəetməni itirməsi nəticəsində avtomobilin insanların üzərinə hərəkət etdiyi ehtimal olunur.
Hadisə ilə əlaqədar istintaq aparılır.