Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün262
DünənDünən1595
Bu həftəBu həftə6064
Bu ayBu ay50763
Bu günə qədərBu günə qədər7421237

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar təqdimat keçirilib

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar mayın 24-də Gürcüstan paytaxtı Tbilisi şəhərində təqdimat mərasimi keçirilib.

Dalga tv “Report”a istinadən  xəbər verir ki, mərasimdə Gürcüstan mətbuatına, dinləyicilərə Azərbaycanın idman sahəsindəki zəngin təcrübəsi, ölkəmizin iqtisadi imkanları, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran-prisinin təşkili ilə bağlı görülən işlər, Azərbaycanın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir.

BŞH Əməliyyat Şirkətinin kommunikasiya və əməliyyatlar şöbəsinin rəhbəri Bülənt Özerdin çıxışında Azərbaycanın beynəlxalq yarışların keçirilməsi barədə təcrübəsindən danışıb. Bildirib ki, Azərbaycan Qran-prisini "Formula-1" rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də Bakıya səfər edən çoxsaylı mətbuat nümayəndələri, bilet almış çoxsaylı insanlar çox yüksək qiymətləndiriblər. İnanırıq ki, iyunun 23-24 və 25-də keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi də çox yüksək səviyyədə keçəcək.

Sonra "Formula-1" Azərbaycan Qran-prisinin 2016-cı ildə keçirilmiş yarışları barədə video-çarx nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib.

Nigar Arpadarai REPORT a müsahibəsində deyib ki, "Formula-1" yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını da görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstanla da maraqlanırlar. Bunu nəzərə alaraq Tbilisiyə gəlmişik. Məqsədimiz, gürcü mətbuatına "Formula-1" haqqında geniş məlumatlar yaymaq, Gürcüstan əhalisini məlumatlandırmaqdır.

Onun sözlərinə görə, "Formula-1" dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından sonra televiziya auditoriyasında izlənməyə görə, üçüncü yerdədir. Buna görə də "Formula-1"in televiziya izləyiciləri çoxdur.

Bülənt Özerdim isə bildirib ki, Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycana xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 100-də 60-ı xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifarişi verilib. Artıq bəzi sektorlara satılan biletlər qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artdığını sübut edir”.

Onun sözlərinə görə, bilet alan xarici ölkələr sırasında Gürcüstan vətəndaşları Rusiya, İngiltərə və Ukraynadan sonra dayanırlar.

B.Özerdim "Formula-1" Azərbaycan Qran-prisinin bu dəfə də çox yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib.

İslamiadanın bağlanış mərasimi keçirilib

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, mərasimdə Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. 

Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən FOTOSESSİYA

alt

 

alt

 

alt

 

alt

 

Gürcüstanlı deputat: Bakı İslamiadanın tarixinə parlaq səhifə yazacaq

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq. Belə bir möhtəşəm açılış mərasimini təşkil etmək yalnız peşəkar komandanın işidir.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarının açılışını izləmək üçün Gürcüstandan Azərbaycana gələn nümayəndələr söyləyiblər.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimində bunun bir daha şahidi olduq. Birinci Avropa Oyunlarında olduğu kimi bu dəfə də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olur. Bakının idman arenalarında yarışlar yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib.

“Tam əminliklə deyə bilərəm ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazılacaq”, - deyə S.Mirzəyev vurğulayıb.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, İslam Həmrəyliyi Oyunları özündə dostluğu və sülhü birləşdirir. Azərbaycan zəngin adət-ənənəyə, yüksək qonaqpərvərliyə malik olan ölkədir. Düşünürəm ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

“Göz oxşayan açılış mərasimi ilə Azərbaycan İslam Həmrəyliyi Oyunları tarixində silinməz iz qoydu”, - deyə, Z.Darğallı vurğulayıb.

Açılış mərasimi izləmək üçün Bakıya təşrif buyuran Gürcüstanın Maliyyə Nazirliyinin gəlir departamentinin məsul əməkdaşı Ayaz Məmmədov isə deyib: “Mən də dostlarımla birgə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatıldım. Bu, mənim üçün tarixi bir gün idi. Biz tədbirin açılışının yüksək səviyyədə keçirildiyinin şahidi olduq. Azərbaycan və onun qədim tarixi haqqında göstərilən videoçarx çox maraqlı idi. Bu çarxda biz Azərbaycanın möhtəşəm iqtisadi gücə və inkişafa malik olduğunun bir daha şahidi olduq. Mən Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında qələbəsinə inanıram”.

İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb. 

Dalga tv "Report"a istinadən xəbər verir ki, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub. 

Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.

İslamiada: Azərbaycan yığması liderdir

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə ilk medallar sahiblərini tapıb.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, yarışda 30 medal dəsti oynanılıb.

Ağır atletika, cüdo, bədii gimnastika, üzgücülük, atıcılıq, karate və paracüdo üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması günü uğurla başa vurub.

Millimiz medal sayında 1-ci yeri ələ alıb. Yığmamız buna 22 medal qazanmaqla nail olub. İdmançılarımız günü 10 qızıl medalla tamamlayıb. Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamız 9 gümüş medal qazanmağa nail olub. Məhz bu da yığmamızla eyni sayda – 10 qızıl əldə edən Türkiyəni arxada qoymaq imkanı verib. İdmançılarımızdan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Ümumiyyətlə, ilk gündə medalların əyarında Azərbaycan öndə olubsa, ümumi sayda Türkiyə liderliyi ələ alıb – 27 mükafat. Sahibini tapan 102 medala isə 17 ölkə idmançıları yiyələnib. Çempionluq sevincini isə yalnız 8 ölkədən olan atletlər yaşayıb.

İslamiada: Azərbaycan millisi Oyunların ilk günündə rekord vurub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan milli komandası üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamız qızıl medal sayında tarixinin ən yaxşı nəticəsini göstərib.

2005-ci ildə keçirilən ilk oyunlarda cəmi 4, 2013-cü ildəki üçüncü yarışda 6 qızıl medal əldə edən Azərbaycan Bakıdakı idman tədbirinin mükafatların oynanıldığı ilk günündə rekord vurub. Belə ki, artıq millimizin 7 qızıl qazandığını söyləmək olar.

Düzdü, hesabımızda rəsmi olaraq 4 çempionluq var. Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Lakin yığmamızın bu gün daha üç qızıl medal qazanacağı dəqiqdi. Çünki üç finalda Azərbaycan dueli olacaq. Bunlardan biri cüdo, ikisi paracüdoda baş tutacaq. Kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərovla Rüstəm Orucov üz-üzə gələcək. Paracüdoda isə Afaq Sultanova ilə Sevda Vəliyeva (57 kq), Ramilə Koştayeva ilə Turanə Əliyeva (70 kq) qadınların yarışında qarşılaşacaq.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub

İslam aləmi rəmzi olaraq birləşəcək

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub. 

APA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərliyi ilə dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən yaradılmış və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə həyata keçirilir.

Proqrama əsasən Azərbaycan İslam aləmini, sülh və anlaşma ruhu ilə bir araya gələn 50-dən çox dövləti qürurla və açıq ürəklə salamlayacaq. 700 könüllü iştirakçı səhnəyə çıxır. Bir sıra fiqurları yaratmaq üçün onlar əllərində parıltılı altıbucaq saxlayacaqlar. 7 metrlik ipək zolaqlarla çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqası onlara qoşulacaq, "Yallı" rəqsi ifa olunacaq. Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən  qaldırılacaq. Bu zaman dövlət himni səsləndiriləcək. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayacaq. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstəriləcək. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olacaq və Azərbaycan sularını səhnədəki böyük mis  siniyə tökəcəklər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşəcək. Daha sonra hər komanda stadiona öz bayrağı altında daxil olacaq. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gedəcəklər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayacaq. Bu qrup parad bağlanan ana qədər ifa edəcək. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayacaq. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətiriləcək. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılacaq. Bütün idmançılar və hakimlər adından and içiləcək. Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi D. Yusif bin Əhməd Əl-Osaymin çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyev Oyunları açıq elan edəcək. Stadionun damında atəşfəşanlıq başlayacaq və “Bakı-2017” yazısını  formalaşdıraraq gecə səmasına işıq saçacaq. Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olacaq. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım olacaq. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulacaq. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edəcəklər. Qadınlar suyu siniyə tökəcəklər və nəticədə gözəl fəvvarə alınacaq. İslam aləmi bununla rəmzi olaraq birləşəcək.

Mərasimdə sülh və ümid haqqında universal hekayət təqdim ediləcək və İslam sivilizasiyasının böyük töhfələri qeyd olunacaq. Videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış kiçik qız və onun çərpələngindən bəhs ediləcək. Videoçarxda Mina adlı kiçik bakılı qızın babası ilə Filarmoniya bağında oynadığı göstəriləcək. Babası onun çərpələnginin quyruğuna dördüncü zolağı əlavə edərək, onu tamamlayacaq. O, gözəl parkı gəzəcək, hər kəsə, onun ətrafında olanlara təbəssüm və nur bəxş edəcək. Babası izah edəcək ki, gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə, öz keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edəcək. Mina möcüzəli qaydada öz çərpələngində Bakıdan uzaqlara uçacaq, Qobustanda çoxəsrlik tarixi olan qayaüstü rəsmləri öyrənmək üçün qədim Azərbaycan diyarını gəzib dolaşacaq. Gözoxşayan mənzərəli yerlərin üzərindən ucan, Atəşgah məbədi və Yanardağda alovlanan əbədi odu seyr edəcək Mina çoxsaylı çalarları ilə seçilən əfsanəvi quş – simurqu görmək üçün əfsanələr dünyasına qədəm qoyacaq və simurq cücəsinin yumurtadan çıxmasına kömək edəcək. Mina ona minnətdar olan simurqun hədiyyəsini, gözəl lələyini özü ilə götürəcək. Balaca Mina təhlükə gördükdə simurqun lələyini yandıracaq və o, bir göz qırpımında yeni möcüzəli dostlarını ətrafına toplayacaq. Burada iyirmi səhnə iştirakçısı odla oynayaraq çıxış edəcək və buta fiqurlarını formalaşdırmaq üçün iki su hovuzunda alov cərgəsi yaradılacaq.

Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxacaq.  Alim Qasımov minarənin zirvəsində azan oxuyacaq. Mina Heydər Məscidinə yollanacaşq. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulacaq. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşacaq. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunacaq. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb.  Sonra yeni macəra başlayacaq. Mina keçmiş zamana yollanacaq və dünyanı gəzib dolaşaraq, qorxmaz səyyahlarla üzbəüz görüşəcək, yaraşıqlı günbəzlərə baxacaq, dahi şairləri görəcək, planetimizdən kənar kainatı seyr edəcək və ilk mexaniki cihazlarla tanış olacaq. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və ulaqlardan istifadə olunacaq. Mərasimdə istifadə məqsədilə həmin heyvanlar üç ay ərzində təlimlərdən keçib və stadionda onlar üçün xüsusi olaraq qurulmuş tövlələrdə saxlanılıb. İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticari yollar şəbəkəsi ilə yayılan ticarət, mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşüblər. Minanın səyahəti məhz buradan başlayır. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanacaq. Mina ağ atın belində səhnəyə daxil olacaq. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdıracaq və sonra atlar paralel olaraq yan-yana keçəcəklər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edəcək. O, Azərbaycan xalçalarını və musiqi alətlərini seyr etmək üçün onların qarşısında dayanacaq. Öz etibarlı dostunun üzərində əyləşərək səmada uçan Minanın öyrənəcəyi çox şey var. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstəriləcək. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılacaq. İri çarxlar Ayın fazalarını nümayiş etdirəcək. Çünki Qızıl Dövrün alim və elm adamları bildiriblər ki, Ayın fazaları, yəni, Ayın bir hissəsinin işıqlı olması, Ay Yer kürəsinin ətrafında dövr etdiyinə görə dəyişir və Ayın dövr etməsi Yer kürəsinin cazibə qüvvəsi ilə bağlıdır. İslam təqvimi Ayın dövr etməsinə əsaslanır. Səhnəyə çıxarılan velosiped kvadrantdan xəbər verəcək.  Çarxlar burada Qızıl Dövrün mexaniki ixtiralarına və turbin texnologiyasına işarə olaraq göstəriləcək. Fil saatı iki səhnə iştirakçısı tərəfindən gətirilir və bütün hərəkətlər bir anlıq dayanacaq. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atacaq və fil saatı işə düşəcək. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirəcək və “Bilik” mərasimi bununla bitəcək.

Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparacaq. Mina öz yolundan azacaq və o, səyahəti zamanı ilk dəfə qorxmağa başlayacaq. Lakin simurqun lələyi Minanın köməyinə gələcək və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişəcəklər. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq, ulduzlara çatacaq. Simurq qanad çaldıqca, qızılı toz parlamağa başlayacaq. Sonda o, ulduzlu səmaya qalxaraq yoxa çıxacaq. Mina çərpələng ilə rəqs edəcək. Mina öz çərpələngində Bakı üzərindən uçaraq, öz doğma şəhərinin yeni simasını görəcək. Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxacaq. Şəhərin mərkəzində yerləşən, qürur doğuran tarixi saraylar və qüllələr, eləcə də bu günlərin memarlıq şah əsərləri olan mədəniyyət və ticarət məkanları, iftixar mənbəyi olan idman və əyləncə yerləri, müasir istehsal və tədris müəssisələri onun gözləri qarşısından keçəcək. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanacaq. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandıracaq. Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatacaq. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçacaq. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanacaq. Yerdə və havada “yanar çarx” fişəngi alovlanacaq və fırlanacaq, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayacaq.

Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdacaq. Mina ürəkdolusu sevinclə babası ilə görüşəcək. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən bu qız öz bələdçi dostunu – çərpələngini yeni səyahətə yollayacaq ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxacaq və səmaya uçacaq.Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitəcək.

 Açılış mərasimində Bakı Olimpiya Stadionu ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevriləcək. Təbii bulaqlardan qaynayan su bu mərasimdə birlik rəmzi olaraq əsas rol oynayır. Hündürlüyü 28 metr olan iki minarənin üzərində İslam incəsənətinə xas olan bənzərsiz həndəsi elementlərdən ilhamlanaraq, mərkəzi altıbucağı formalaşdıran bir-biri ilə bağlı dairələr əks olunacaq. Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdiriləcək. Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan artıq heyvan – atlar, dəvələr və ulaqlar olacaq. Bu axşamkı mərasimdə 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən səsləndirilən musiqi ondan artıq Azərbaycan bəstəkarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin bəstələdikləri əsərlərdən ibarət olacaq.  Bu axşam Azərbaycanın dünya miqyaslı iki ifaçısı muğam ustası Alim Qasımov və nağaraçı Natiq Şirinov səhnədə yer alacaq.

Qeyd edək ki, açılış mərasimi üçün Bakı Olimpiya Stadionunda səhnənin quraşdırılması altı həftəyə başa gəlib, lakin stadionu mayın 16-20-də yüngül atletika yarışlarına hazırlamaq üçün həmin səhnə cəmi 24 saat ərzində söküləcək. 31 ölkədən gəlmiş 5000-dən artıq insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu “Bakı 2017”-nin mərasimlərini hazırlayıb.  Stadionu teatra çevirən səhnənin arxa planını yaratmaq üçün 6 kilometr uzunluğunda tünd rəngli parçadan istifadə edilib. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Proyeksiya gücü 2,3 milyon lyumen olan 130 proyektor quraşdırılıb. Stadionun səs sistemi üçün 300-dən artıq səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. 1000-dən artıq işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. Mərasimi təşkil etmək üçün 17 ölkədən hava, quru və dəniz yolları ilə 3000 ton yük gətirilib. 3000-dən artıq başa taxılan qulaqlıq aktyorlara əlaqədə olmaq imkanı yaradıb.

İslamiada: Yığmamız ilk medalını təmin etdi

Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında ilk medalını təmin edib. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət həndbol millimizin ən azı gümüş medal qazanacağı dəqiqləşib.

Georgi Voronovun yetirmələri bunu finala yüksəlməklə rəsmiləşdirib. Yarımfinal mərhələsində Özbəkistanı 42:24 hesabı ilə darmadağın edən yığmamız yarışın həlledici qarşılaşmasında oynamaq hüququ qazanıb.

Turnirdə keçirdiyi bütün görüşlərdə qələbə qazanan millimizin rəqibi saat 13:30-da başlayacaq Türkiyə - Kamerun matçında müəyyənləşəcək. Final isə sabah saat 18:00-da başlayacaq.

İslam Həmrəyliyi Oyunları

Həndbol, qadınlar

1/2 final

Azərbaycan - Özbəkistan - 42:24

13:30. Türkiyə - Kamerun

İslamiadada kamerunlu məşqçi sevincindən xəstəxanalıq oldu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında iştirak edən Kamerun U-23 millisinin baş məşqçisi Riçard Tova ölümdən dönüb.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Kamerun mətbuatına milli komandanın həkimi Tamo Moktama açıqlama verib. 

O bildirib ki, baş məşqçi Mərakeşlə oyunun 31-ci dəqiqəsində komandası hesabı açdıqdan sonra sevincindən huşunu itirib. Onu əvvəlcə stadionun tibb məntəqəsinə, daha sonra isə təcili xəstəxanaya aparıblar.

Kardiologiya şöbəsinə yerləşdirilən və müayinə olunan afrikalı çalışdırıcının hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Kamerun – Mərakeş matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açılış mərasimi keçirilib.

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan və İslam mədəniyyəti tərənnüm edilib, idmançıların paradı və atəşfəşanlıq olub.

Qeyd edək ki, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

İslamiadanın açılış və bağlanış mərasimlərindən sonra elektrik qatarları ilə sərnişinlər pulsuz daşınacaq

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də sərnişinlərin ödənişsiz daşınması həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra,  “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin  Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Saytda Axtarış

ახალი ამბები