Dalga Televiziyasi İdman
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün297
DünənDünən1073
Bu həftəBu həftə1785
Bu ayBu ay50481
Bu günə qədərBu günə qədər7477815

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib beşinci raundunda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

 

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorarı 2 milyon dollar təşkil edib.

Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.

Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.

“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək.

"Qarabağ"ın İngiltərənin "Arsenal" komandası ilə oyununa maraq həddindən artıq böyükdür.

Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun saatınadək bütün biletlər satılacaq.

 

Artıq ən ucuz – 2, 5 və 10 manatlıq biletlər çoxdan satılıb. Bu gün isə 15 və 20 manatlıq biletlər də tükənib. Hazırkı məlumata görə, yalnız 50 manatlıq biletlər qalıb. Onların sayı 51-ə bərabərdir. "Arsenal" azarkeşləri üçün ayrılmış sektor və digər yerlərə isə təhlükəsizlik səbəbindən bilet satışı həyata keçirilmir.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şahmatçılarımız Ermənistanı məğlub etdilər

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 

Yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. 

 

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. 

Ermənistan - Azərbaycan - 1,5:2,5 

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb. 

Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turunda qələbə qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında II turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qadınların yarışında isə rəqib Belçika kollektivi olub. Hər iki milli komanda rəqiblərini məğlub edib.  

Kişilər

İtaliya - Azərbaycan - 1:3 

Daniele Vokatura - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Mikele Qodena - Teymur Rəcəbov - 0,5:0,5 

Luka Moroni - Arkadi Naydiç - 0:1

Sabino Brunello - Rauf Məmmədov - 0:1

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla mübarizə aparıb. 

Qadınlar

Azərbaycan - Belçika - 3.5:0.5 

Günay Məmmədzadə - An Qussen - 1:0

Zeynəb Məmmədyarova - Daria Vanduyfeys 0,5:0,5

Gülnar Məmmədova - Vibke Barbye - 1:0

Ülviyyə Fətəliyeva - Anneli Kuvelye - 1:0

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayıb.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub – 4:0.

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir ilk gerçəkləşib.

İkinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Maraqlıdır ki, hər iki çəkinin qalibi yaponiyalı Abe ailəsinin nümayəndələri olub. Belə ki, kişilərin mübarizəsində Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu olub. 

 

Qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib. 

Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.

Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili olimpiadaya hazırlıq işləri ilə tanış olublar.

Olimpiadanın keçirilməsi üçün Batumidə yeni çoxfunksiyalı idman kompleksi inşa olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsoru olduğu olimpiadada 180 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycanı yarışda Qədir Hüseynovun kapitanı olduğu 5 qrossmeysterdən ibarət komanda təmsil edəcək.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək. 

Futbolçunu oyun zamanı ildırım vurdu

Almaniyanın Nider-Vizen şəhərinin futbol komandasının qolkiperini matç zamanı ildırım vurub.

Hadisə oyunun bitməsinə 10 dəqiqə qalmış baş verib.

 

Futbolçu xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən, qapıçının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Bakıda keçiriləcək Avropa Liqasının finalının loqosu təqdim olundu

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimində iştirak edəcək.

O öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib:

"Nüfuzuna görə ikinci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil. 2012-ci ildə FIFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdir.

 

Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir. 

İnanırıq ki, Bakıda keçiriləcək final oyunu UEFA Avropa Liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq. UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda "Qarabağ"ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur.

"Qarabağ"dan möhtəşəm oyun və parlaq qələbə

Avropa Liqasının "play-off" mərhələsinin cavab oyununda "Qarabağ" böyük hesabla qalib gəlib.


Bu gün futbol üzrə Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Bakıda Moldovanın "Şerif" komandasını qəbul edib. Bu komandalar arasında bir həftə əvvəl Moldovada keçirilmiş görüş 1:0 hesabı ilə "Şerif"in qələbəsi ilə bitmişdi.

Bakıdakı görüşdə hesab 9-cu dəqiqədə açılıb. Maksim Medvedev dəqiq zərbə ilə "Qarabağ"ı irəli çıxarıb — 1:0. 42-ci dəqiqədə Donald Geryr ikinci topu vurub — 2:0. Birinci hissə bu hesabla başa çatıb. 

İkinci hissədə 55-ci dəqiqədə Filip Ozobiç Ağdam təmsilçisinin üçüncü topunu vurub — 3:0.

 

Elm təsdiqlədi — Xərçənglə mübarizə aparan maddə bu qidalardadır

Elm adamları xərçəng xəstəliyinin müalicəsi mövzusunda ümidverici bir kəşfə imza atıblar.

Bəzi bitkilərdəki bir maddənin bağırsaq xərçənginə qalib gəldiyi müəyyən edilib.

Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, gül kələmi, kələm və brokkoli xərçəngə təsir edir.

Professor Konq məsələ ilə bağlı deyib:

"Tədqiqatlar sübut etdi ki, qidalanma ilə xərçəngdən qorunma arasında əlaqə var. Yediyimiz bəzi maddələrin içində xərçəngin yaranmasının qarşısını alan maddələr var. Bunlardan birincisi isə gül kələmidir.

ABŞ-ın elmi institutları isə 2010-cu ildən gül kələmi qrupuna daxil olan tərəvəzlərin xərçəngə təsirini araşdırıb. Bu zaman xəstələrin gül kələmi ilə qidalanması və yaşayışları arasındakı statistik rəqəmlər nəzərə alınıb.

Məlum olub ki, gül kələminin tərkibində olan maddə xərçəngə qarşı mübarizə aparır. Bu maddə eyni zamanda kələmin və brokkolinin də tərkibində var.
Kələm bundan başqa gündəlik vitamin və minerallar üçün çox faydalıdır. Kalsium, maqnezium, potasium, C və K vitaminləri, beta karoten və hətta az miqdarda lutein var.

Bir kasa bişmiş kələmin tərkibində 4 qram lif var. Bir kasa çiy kələmin tərkibində isə 2 qram lif var. İngiltərədə aparılan tədqiqatlar isə kələm qrupuna daxil tərəvəzlərin tərkibində indol-3 karbinol adlı maddə olduğunu və bu maddənin xərçəng hüceyrələrini öldürməyə kömək etdiyini üzə çıxarıb. Xüsusən də kimyəvi terapiya müalicəsi alan xəstələrə məsləhət görülür.

Bir neçə il aparılan tədqiqat sübut edib ki, indol maddəsi metabolizmaya müsbət təsir edir və xərçəng riskini azaldır. 

Kələmin tərkibində olan digə fito kimyəvi maddələr orqanizmdə xərçəngə qarşı mübarizə aparan maddələrin istehsalını artırır. Bu maddələr də prostat xərçənginə qarşı mübarizə aparan maddələrdir. Stenford universitetinin tədqiqat nəticələrinə əsasən, kələmin tərkibində olan sulfo rofan maddəsi bu maddələri aktiv şəkildə dəstəkləyir.

Kələmin tərkibində xərçəngə qarşı mübarizə aparan başqa bir maddə qrupu isə qlükosionatlardır.

Kələm bundan başqa qan azlığı olan insanlara, astma problemi olan insanlara faydalıdır. Öskürəyi azaldır, bəlğəmi parçalayır, qəbz problemini həll edir.

“Qarabağ” BATE-yə uduzdu

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqlar daha yaxşı təsir bağışlayıb.

 

Görüşün 36-cı dəqiqəsində Stanislav Draqunun vurduğu qol Belarus çempionuna səfər qələbəsini təmin edib – 0:1.

Rəqiblərin təkrar oyunu bir həftə sonra Belarusda baş tutacaq. 

Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

"Qarabağ" və BATE komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.

Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov ilk dəfə islandiyalı qapıçı Hannes Halldorssonun xidmətindən yararlanacaq. Bundan başqa 18-likdən kənar qalan Dani Kintananı daha bir yeni transfer Con Delarj əvəzləyib.

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 13. Vaqner, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filopiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k.), 25. Dmitri Baqa, 42. Maksim Volodko

Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skavış, 23. Zaxar Bolkov, 24. Yasse Tuominen, 45. Vladislav Muxamedov

Baş məşqçi: Aleksey Baqa

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq. 

Saytda Axtarış

ახალი ამბები