Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün888
DünənDünən3053
Bu həftəBu həftə3941
Bu ayBu ay98909
Bu günə qədərBu günə qədər8460540

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR: "Günəşli" yatağında bir quyuda yanğın söndürülüb, 5-6 quyuda yanğının söndürülməsi davam edir

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.


"Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın "Boots and Coots" şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan birində yanğın demək olar ki, söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək", - deyə dövlət şirkətindən bildirilib.

SOCAR-ın "Azneft" İstehsalat Birliyindən isə "APA-Economics"ə bildirilib ki, "Boots and Coots" şirkətinin sifarişi ilə gətirilən və "Günəşli" yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: "Artıq avadanlıqlar dənizə ötürülüb. "Boots and Coots" şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq".

İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.

"Azneft"dən o da bildirilib ki, "Günəşli" yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.

Dollar ucuzlaşdı, avro bahalaşdı - CƏDVƏL

Azərbaycanda dolların məzənnəsinda ucuzlaşma olub.

"Dalğa TV" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.0494 manat təşkil edir.

Avronun məzənnəsi isə bahalaşıb. Belə ki, hazırda 1 avro 1.1501 manata dəyişdirilir.

Neft bir az da ucuzlaşdı - 35,36 dollar

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 37,65 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 3-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 35,36 dollar təşkil edib.

Gürcüstan Energetika Nazirliyi: Gürcüstan yaxın gələcəkdə Rusiyadan qaz almayacaq

Gürcüstan yaxın gələcəkdə Rusiyanın "Qazprom" şirkətindən kommersiya məqsədləri üçün təbii qaz almağı planlaşdırmır.

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstan Energetika Nazirliyinin yaydığı hesabatda məlumat verilib.
"Qazprom" isə yaydığı rəsmi məlumatda danışıqların davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, ötən gün Lüksemburqda Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller arasında görüş keçirilib.

Dünya Bankı Ermənistana kredit ayırdı – 50 milyon

Dünya Bankının direktorlar şurası Ermənistana maliyyə yardımı proqramı çərçivəsində 50 milyon dollar məbləğində kredit ayıracaq.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, vəsait vergi-büdcə, sosial və təbiəti mühafizə sahələrinin sabitliyinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə əhatəli islahatlara yönəldiləcək.

"Bu, inkişaf siyasətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 4 proqramdan üçüncüsüdür. Kreditin ayrılmasında məqsəd ölkənin inkişafında başlıca strateji amil olan iş yerlərinin yaradılması üçün Ermənistan hökumətinə yardım etməkdir", –deyə press-relizdə bildirilir.

Qeyd edək ki, kredit üzən faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Bu müddətin 14,5 ili güzəşt dövrü sayılır.

Xatırladaq ki, Dünya Bankı Ermənistanda inkişaf siyasətinin maliyyələşdirilməsi proqramı çərçivəsində 2013-cü ildə 72 milyon dollar, 2014-cü ilin sonunda 75 milyon dollar həcmində kredit ayırıb.

Putinin iş yoldaşından şok iddia – “Rusiyanın Türkiyədəki agenti idi”

Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia irəli sürülüb.

 Türkiyə mətbuatında Putinin Türkiyədə agentlik etdiyi ilə bağlı məlumatlar dərc olunub.

İzmirdə 43 il bundan əvvəl inşaat sektorunda mühəndis kimi çalışan Adəm Albayraq Putinin 20 yaşında sözüdən sektorda işlədiyini deyib: "1971 ci ildə Tüpraşın inşaat sektorunun işləri Rus şirkətinə verilmişdi. Putin də 20 yaşında orda işləyirdi. Mühəndis İlya Nereznok onun agent olduğunu demişdi. Amma biz inanmırdıq. O dövrdə SSRİ ABŞ-dan hərbi texnika cəhətdən geridə qalırdı. Tüpraş inşaatında isə ABŞ-ın şirkəti də var idi. ABŞ-ın yeni texnologiyasına yiyələnərək ona oxşarını yaratmaq istəyən Rusiya isə bu məqsədlə Putini seçmişdi. Putin qadağan olunmuş ərazilərin şəklini çəkərkən polislər ondan şübhələnib onu Sibirə göndərdilər".

Keçmiş iş yoldaşı Putinin türkləri sevmədiyini elə o vaxtdan büruzə verdiyini bildirib.

Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb

Cəmi 9 aya.

Gürcüstanın statistika xidmətinin ilkin məlumatına əsasən, 2015-ci ilin 3-cü rübündə birbaşa xarici investisiyaların həcmi 489 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 33% azdır və 2015-ci ilin 2-ci rübündə olan göstəricilərdən isə 38% çoxdur.

"Dalğa TV" bu barədə "Qruziya online"a istinadən xəbər verir.

2015-ci ilin 3-cü rübündə investisiyaların həcmi 1,019 milyard dollar olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 17% azdır.

3-cü rübdə investisiyaların əsas hissəsi Azərbaycanın, (ümumi həcmin 35%-i), Hollandiyanın (11%) və Türkiyənin (9%) payına düşür.

Bu dövrün investisiyalarının 72%-i iqtisadiyyatın əsasən 3 sahəsinə - nəqliyyat və rabitə (218 milyon dollar və ümumi həcmin 45%-i), maliyyə sektoru (73 milyon) və inşaatın (63 milyon dollar) payına düşür.

Azərbaycanda siqaretin satışı və idxalı ilə bağlı – YENİ QADAĞALAR

Milli Məclis məlumat yaydı.

Azərbaycana tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir.

"Dalğa TV"xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna əlavələr təklif edilir. Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və 15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd (tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda) əlavə olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.

Tiflisdə Energetika Xartiyasının İşçi Qrupunun konfransı keçirilir

Bu gün Tiflisdə Energetika Xartiyası üzrə 26-cı Sessiyanın İşçi Qrupunun konfransı başlayıb.

"Dalğa TV"nin Apa-ya istinadən verdiyi məlumata görə, konfransın gündəliyinə Energetika Xartiyasının Baş Katibi, Energetika Xartiyasının Qrup sədrləri və Sənaye Məsləhətləşmə Qrupunun 2015-ci il üçün hesabatı daxil edilib. Konfransda həmçinin xartiya rəhbərliyinin gələcəklə bağlı proqnozları da açıqlanacaq. Konfransın işçi qrupu əsasən enerji keyfiyyəti və təchizatı, həmçinin enerji təhlükəsizliyi, enerji sektoruna yatırılan investisiya, enerji bazarı siyasəti, fikir mübadiləsi və digər məsələlər barədə müzakirə aparıblar. Tədbirdə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili çıxış edib. Konfrans sessiyalarda davam edib.

Konfransda Energetika Xartiyasının 54 üzv ölkədən 37 ölkədən 12-dən çox nümayəndə qatılıb.

Tədbirdə Azərbaycanı energetika nazirliyinin müşaviri Pərviz Qəribzadə təmsil edir.

Sabah davam edəcək Energetika Xartiyasının əsas konfransında Gürcüstanın baş naziri İrakli Qaribaşvili, baş nazirin birinci müavini Kaxa Kaladze, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, Energetika Xartiyası rəhbərliyi və digər beynəlxalq təşkilatlar iştirak edəcək.

Konfrans jurnalistlər üçün qapalı keçirilir.

Xatırladaq ki, Energetika Xartiyası 2015-ci ilin 12 iyun və 19 oktyabrında Brüsseldə iki yığıncaq keçirib.

Nazir: "Azərbaycan tranzit yükdaşımaları sahəsində Gürcüstanla optimallaşdırılmış tarif siyasəti həyata keçirəcək"

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən  verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Nazir Ş. Mustafayev qeyd edib ki, hər iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir: "Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bununla belə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə iri həcmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin I fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası yekunlaşmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını daha da genişləndirir. Buna baxmayaraq, yükdaşımaların həcminin azalması müşahidə edilir".

Ş. Mustafayev Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradıldığını diqqətə çatdırıb, şuranın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, bu həftə ərzində tranzit yükdaşımaları üzrə optimallaşdırılmış tariflər elan ediləcək.

Azərbaycanın tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Şahin Mustafayev bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin, mövcud prosedurların sadələşdirilməsinin, koordinasiya işlərinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri D. Kumsişvili Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını tranzit daşımaların həcminin artırılmasında mühüm addım kimi qiymətləndirib, tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb. D. Kumsişvili Gürcüstanın da tranzit yükdaşımaları sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib, bu sahədə prosedurların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşüb.

Görüşdə ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.

“SOCAR-Georgia” Tiflisdə tarixi binanın bərpası üçün unikal layihə reallaşdıracaq

ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyi Tiflis ərazisində olan tarixi binanın bərpasına qərar verib.

ARDNŞ-dən verilən məlumata görə, 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yerləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə rekonstruksiya ediləcək.

Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın "Bresser" şirkətinə həvalə olunub. Tiflisdə tarixi binanın qaldırılması texniki nöqteyi-nəzərdən Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, bünövrəsi möhkəmləndirildikdən sonra bərpa edilərək ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyininqonaq evi kimi istifadə olunacaq.

Bu layihə Tiflis meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan nəqliyyat konsorsiumu yaradacaq

Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın ən böyük və nüfuzlu nəqliyyat və logistika operatorlarının nümayəndələri İstanbulda görüşüb.

"Dalğa TV" "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər malların Çindən Avropaya daşınması məqsədilə konsorsium yaradılması barədə razılığa gəlib.
Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan "Logitrans" çərçivəsində İstanbulda təşkil edilən "Çin-Türkiyə-Avropa" Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.
Konsorsiumun təsisçisi olmağa Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, "KTJ ekspress" ("Qazaxıstan Dəmir Yolları"nın  şirkəti ), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycanın "Karvan Logistics" şirkəti, eləcə də "Trans Caucasus Terminals" ("Gürcüstan Dəmir Yolları"nın şirkəti ) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.
Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.

Saytda Axtarış

ახალი ამბები