Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün872
DünənDünən3053
Bu həftəBu həftə3925
Bu ayBu ay98893
Bu günə qədərBu günə qədər8460524

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dolların ucuzlaşması davam edir – YENİ RƏQƏM

Mərkəzi Bank sabaha olan rəsmi məzənnəni açıqladı.

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının manata qarşı fevralın 11-nə olan məzənnəsini açıqlayıb.

Bu barədə bankdan bildirilib.

Məlumata görə, fevralın 11-də USD/AZN rəsmi məzənnəsi 1,5659 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,5702 manat təşkil edib.

Kaxa Kaladze: "Tezliklə "Qazprom" ilə memorandum imzalayacağıq"

Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsinə Azərbaycan da qoşulacaq


"Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlarımız davam edir və biz tezliklə bu şirkət ilə razılaşma memorandumunu imzalayacağıq".

"Dalğa TV" xəbər verir ki , bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib. O, "Qazprom" ilə razılaşma memorandumunun imzalanma vaxtının hələ müəyyən olunmadığını, amma imzalanmanın tezliklə baş tutacağını bildirib.

K. Kaladze "Qazprom" şirkəti ilə Gürcüstan hakimiyyəti arasında heç bir problem olmadığını bildirib: "Bizim aramızda heç zaman problem olmayıb, amma müəyyən edilmiş memorandum var ki, biz hər il onu yeniləyir və imzalayırıq."

K. Kaladze əlavə edib ki, 2016-cı ildə Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsinə başlanılacaq. Onun sözlərinə görə, qaz anbarını Gürcüstan öz maliyyəsi hesabına tikir və Azərbaycan da bu layihəyə qoşulacaq: "Azərbaycan tərəfinin də bu layihədə iştirak etməkdə marağı var. Layihənin maliyyəsi ilə bağlı bəzi məqamlara tezliklə aydınlıq gətiriləcək", - deyə K. Kaladze vurğulayıb.

Gürcüstanın energetika naziri Bakıya işgüzar səfərindən razı qaldığını qeyd edib.

Ukrayna Azərbaycan və Gürcüstandan tranzit haqlarını ikiqat azaltmağı xahiş edir

Ukrayna tərəfi Azərbaycan və Gürcüstanın dəmir yolları qurumlarının rəhbərlərinə rəsmi şəkildə müraciət edərək bu ölkədən olan məhsulların tranzit haqlarının aşağı salınmasını xahiş edib.

"Dalğa TV" "APA-Economics"ə isinadən xəbər verir ki, bu barədə Ukraynanın "Ukrzaliznıtsya" müəssisəsinin rəsmi nümayəndəsi İvan Xoryakov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Gürcüstan və Azərbaycandan olan həmkarlarına ünvanlanan müraciətdə tariflərin 50% azaldılmasını xahiş edib: "Biz ümid edirik ki, bizim xahişimizə müsbət cavab veriləcək. Bununla da biz daşımaların xərclərini dəfələrlə azaltmış olarıq".

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin rəisi Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Qeyd edək ki, bu ilin mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanacaq.

Gürcüstan Azərbaycandan elektrik enerjisinin tranzitindən gəlir əldə edəcək

Tranzit təxminən 80 MVt gücündədir.

"Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.

Oxu.Az bu barədə "Qruziya Online" saytına istinadən xəbər verir.

"Fevralın 5-dən isə Rusiyadan Ermənistana elektrik enerjisinin tranzitinə başlanılıb. Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisi tranzit ediləcək. Fevralın 7-dən etibarən isə Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılacaq.

Nəticədə Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək", - "Gürcüstan Dövlət Elektrik Sistemi"ndə bəyan ediblər.

Gürcüstanın baş naziri: “Qazprom” mövzusu bitdi

"Bununla əlaqədar siyasi fərziyyələrin davamı əsassızdır".

Gürcüstanda Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar ətrafında siyasi fərziyyələrə son verilməlidir.

"Dalğa TV" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə baş nazir Georgi Kvirikaşvili bildirib.

"Bu məsələ bitdi, çünki söhbət hər hansı strateji danışıqlardan getmir. Söhbət bir sıra texniki xarakterli problemlərin həllindən gedirdi, ona görə də siyasi fərziyyələri davam etdirməyin tamamən əsassız olduğunu düşünürəm", - Q.Kvirikaşvili "Rustavi 2" teleşirkətinin efirində bildirib.

Gürcüstana əsas qaz tədarükçüsü Azərbaycandır. Hazırda Gürcüstana Rusiya qazının tədarükü yalnız Ermənistana qaz tranzitinin 10%-i kimi həyata keçirilir.

Neftin qiyməti 40-60 dollar arasında dalğalanacaq

Dünyanın ən müstəqil neft treyderinin icraçı direktoru proqnoz verib.

Dünyanın ən böyük enerji treyderi olan "Vitol Group BV"nin icraçı direktoru neftin gələcək qiymətləri barədə "Bloomberg News" ilə müsahibəsində neftin qiymətinin 5-10 il arasında 40-60 dollar arasında dalğalanacağı proqnozunu verib.

"Dalğa TV" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Dünyanın ən müstəqil neft trayderinə görə, neftin qiymətləri Çin iqtisadi inkişafın yavaşlaması ilə birlikdə on il ərzində aşağı olaraq qalacaq.

"Ani bir qiymət artımı mümkün görünmür", - deyən "Vitol Group BV" icraçı direktoru İan Teylor, müsahibəsində qarşıdakı on il ərzində neftin orta qiymətinin 50 dollar ola biləcəyi proqnozunu verib.

Teylor, "Təxmin etdiyimiz qiymət 40-60 dollar arasındadır. Qiymətlərin 5-10 il içərisində 40-60 dollar arasında dəyişəcəyini düşünürəm", - deyib.

İntervalın alt sərhədi, hazırda 35 dollar ətrafında satılan Brent neftin qiymətində çox az artım olacağı mənasına gəlir, üst sərhəd isə neft qiymətlərini iyul 2015-ci il səviyyələrinə qayıtması deməkdir.

Azərbaycanda rəsmi işləyənlərin sayı açıqlandı

Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF)  bildirilib.

"Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33% artıb.

Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib.

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22%-i (1 889 443 nəfər) kişi, 40,78%-i (1 301 225 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11%-ni (801 289 nəfər) əhatə edir.

Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01%-ni (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16%-ni (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38%-ni (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34%-ni (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir", - deyə Fonddan qeyd edilib.

Azərbaycanda 11 bank ləğv olunur

Mərkəzi Bankın hesabatı.

Azərbaycanda 11 bank ləğv olunma prosesindədir.

"Dalğa TV"nin xəbərinə görə, Trend Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat verir ki, 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank" və "Atlantbank", "Debutbank" (2010-cu il), "Birlik Bank" (2011-ci il), "Royal Bank" (2012-ci il), "Evrobank" və "Azerbaijan Credit Bank") idi.

Bundan başqa, Mərkəzi Bank 2016-cı ilin əvvəlindən daha 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank".

"NBCBank" ASC Azərbaycan Mərkəzi Bankına müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, AMB İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBCBank" ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib. Qafqaz İnkişaf Bankı və "Atrabank"ın da analoji planları var. Belə olan halda, hazırda 11 bank ləğv olunma prosesindədir.

Qeyd edək ki, Azərbaycanda 36 bank fəaliyyət göstərir.

SOCAR Gürcüstanda tikiləcək qaz anbarlarında pay almağı planlaşdırır

Kaxa Kaladze Rövnəq Abdullayev ilə görüşündən danışdı.

SOCAR-ın Gürcüstanın tikdiyi qaz anbarlarında pay sahibi olmaq niyyətindədir.

"Dalğa TV" APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu məsələ onun Bakıya səfəri zamanı SOCAR prezidenti Rövnəq Abdullayev ilə müzakirə olunub.

"Azərbaycan tərəfi bildirib ki, inşasına bu il başlanılacaq qaz anbarlarında pay almaq, həm də maliyyə iştirakçısı olmaq arzusundadır", - deyə nazir qeyd edib.

Kaladze: “”Qazprom”la razılaşma hələ baş tutmayıb"

"Qazprom"la razılaşma hələ baş tutmayıb.

"Dalğa TV"nin məlumatına görə, bu sözləri qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. O deyib ki, "Qazprom"la növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb.

Nazir "Qazprom"la aparılan danışıqlarda siyasi kontekstin olmadığını söyləyib: "Mən bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan "Qazprom"la hər il əlaqə yaradır. Kifayət qədər yaxşı və dostluq münasibətləri var. Çətinliklərə baxmayaraq, bu əlaqəni məndən əvvəlki nazirlər qurublar. Mən kiməsə və nəyə görə bu münasibətləri itirmək niyyətində deyiləm".

K. Kaladze bir nazir kimi Gürcüstanın enerji sektorunda gedən proseslərə cavabdeh olduğunu söyləyib. O qeyd edib ki, "Qazprom"la danışıqlarda hələ razılıq əldə olunmayıb: "Proses ona görə belə uzanır. Bizim öz mövqeyimiz və baxışlarımız var. Bu sahənin inkişafı üçün, insanlarımız üçün maksimal nəticə almaq məqsədilə mümkün olanı edəcəyik".

İran Azərbaycanda dərman istehsal etmək istəyir

İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Fevralın 4-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkədə səfərdə olan İranın Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı "Darou pakhsh" şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib.

Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

Dollar və avro ucuzlaşdı - Bugünkü məzənnə

Azərbaycanda dolların məzənnəsi ucuzlaşıb.

"Dalğa TV" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5894 manat təşkil edir.

Avronun məzənnəsində də ucuzlaşma olub. Belə ki, hazırda 1 avro 1.7348 manata dəyişdirilir.

Saytda Axtarış

ახალი ამბები