Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün877
DünənDünən3053
Bu həftəBu həftə3930
Bu ayBu ay98898
Bu günə qədərBu günə qədər8460529

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rövnəq Abdullayev: "Gürcüstana əlavə 500 mln. kubmetr qaz nəql olunacaq"

Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq. "Dalğa TV" xəbər verir ki, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

"Bilirsiniz ki, texniki imkanlar buna imkan vermirdi. Biz bu məsələni "Şahdəniz"; konsorsiumu ilə müzakirə etdik. Təbii ki, qışda qaza tələbat artır. Bilirsiniz ki, biz "Şahdəniz" konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazar yönəlir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq "Şahdəniz" xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində "Şahdəniz" qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, "Qazax" xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik", - deyə R. Abdullayev bildirib.

Neft bahalaşdı: 35,39 dollar

London birjasında Brent markalı neft bu səhər bahalaşıb.

"Dalğa TV" xarici KİV-ə istinadən xəbər verir ki, "qara qızıl" 35,39 dollar olub.
Paralel olaraq, WTI markalı neft isə 32,73 dollara qədər geriləyib.

Gürcüstanda yeni aviaşirkət yaradılıb

Gürcüstanda biznes-aviasiya sahəsində fəaliyyət göstərən yeni aviaşirkət yaradılıb.

"Dalga TV" xəbər verir ki, "Air Georgia" adlanan şirkət Tbilisi beynəlxalq aeroportunda yerləşəcək.

Aviadaşıyıcı müştərilərinə altı yerlik biznes-jetlər təqdim edəcək. Şirkət martın 1-dən Avropa və Asiya ölkələrinə uçuşlar yerinə yetirmək niyyətindədir.

Şirkətin təqdim etdiyi xidmətlər paketinə aeroporta yola salmaq, qarşılanma və VİP xidmətlər daxildir.

Elman Rüstəmov: “Növbəti devalvasiya gözlənilmir”

"Azərbaycan manatının növbəti devalvasiyası gözlənilmir və gördüyünüz kimi, manatın möhkəmlənməsi prosesi gedir".

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədi Elman Rüstəmov deyib.

O bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq:

"Düşünmürəm ki, ayrılacaq pulun həcmi uçot dərəcəsindən çox olacaq".

Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir

Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək.

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

"Ümid edirik ki, fevralın 29-da baş tutacaq görüşdə tərəflər gələcək əməkdaşlığın prinsipləri ilə bağlı razılıq əldə edəcəklər", - deyə nazir müavini bildirib.

Nazir müavini deyib ki, Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir: "Söhbət həm qiymət siyasətindən, həm də texniki detallardan gedir".

Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyanın "Qazprom" şirkəti ilə danışıqları nəticə əldə olunana qədər davam etdirəcək. Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qaza görə tranzit haqqının artırılmasını istəyir.

Azərbaycan Gürcüstandan avtomobil idxalını 28 dəfə azaldıb

Milli Statistika Xidməti məlumat verib.

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 577,2 min dollar dəyərində 24 ədəd minik avtomobili ixrac olunub.

"Dalğa TV"nin xəbərinə görə, bu barədə APA Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 647 ədəd avtomobil və ya 27,96 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 23,7 dəfə azalıb.

Qeyd edək ki, ötən ay ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 15,13% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 4,78%-ni təşkil edib.

Ötən ay ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 3,12% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 3 814,0 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ay ilə müqayisədə 7,47 dəfə azdır.

Kaladze: "Azərbaycanla danışıqlarımız müsbət nəticələnsə, Rusiyadan əlavə qaz almağa ehtiyac qalmayacaq"

"Gürcüstan hökuməti SOCAR və "Şahdəniz" konsorsiumu ilə danışıqları davam etdirir.

Əgər danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan əlavə qaz almaq məcburiyyətində qalmayacaq".

"Dalğa TV" "Georgia Online" xəbər portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Biz SOCAR-la aktiv şəkildə danışıqlar aparırıq. Təbii ki, konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqların predmeti "Şahdəniz" kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq", - deyə K. Kaladze bildirib.

Kaxa Kaladze: "Gürcüstan yay aylarında İranı elektrik enerjisi ilə təmin edə bilər"

Gürcüstan yay aylarında İranı elektrik enerjisi ilə təmin edə bilər.

"Dalğa TV" gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə hazırda İranda rəsmi səfərdə olan Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib. "Gürcüstan yay aylarında İrana elektrik enerjisi ixrac etməyə, qış aylarında isə əks istiqamətə enerji idxal etməyə hazırdır", - deyə Kaxa Kaladze bildirib.

"İran maliyyə sanksiyalarının aradan qaldırılmasından sonra vacib və maraqlı ölkə olub. Biz bu ölkənin resurslarından maksimum istifadə etməliyik. Biz yeni maraqlı layihələri həyata keçirmək üçün hər şeyi etməyə çalışmalıyıq", - Kaladze deyib.

Səfər zamanı Kaladze İran rəsmiləri ilə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib.

"Biz İran yüklərinin daşınması üçün bizim dəhlizin maksimum səviyyədə hazır olduğunu ifadə etdik. Düşünürəm ki, belə layihələrin həyata keçirilməsi bütövlükdə ölkələrimizin iqtisadiyyatının inkişafına töhfə olacaq", - nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Kaxa Kaladze mətbuat konfransında jurnalistlərə açıqlamasında İran ilə təbii qaz tədarükü məsələsini müzakirə etmək üçün İrana getdiyini bildirib.

Kiyev və Tiflis “İpək yolu”nun inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər

Ukrayna və Gürcüstan Rusiyadan kənar "İpək yolu" yeni dəmir yolu nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər.

"Dalğa TV"nin Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qeyd olunan məsələ fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunub.


"Tərəflər iqtisadi əməkdaşlığın aktivləşdirilməsinə, xüsusilə, "İpək yolu" yeni dəmir yolu nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər", deyə məlumatda bildirilir.

Ukrayna prezidenti, həmçinin, ölkəsinə göstərilən humanitar yardıma görə Gürcüstanın baş nazirinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ukraynanın infrastruktura naziri Andrey Pivovarski Rusiyadan kənar keçən "İpək yolu" dəmir yolu marşrutu üzrə qatarların mart ayından etibarən biznes-rejimində hərəkət etməyə başlayacağını bildirib.

"Fevralın sonunda Azərbaycanda bütün texniki məsələləri həll edəcək protokol imzalanacaq və mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə qatarlar artıq biznes-rejimində hərəkət etməyə başlayacaqlar", deyə nazir qeyd edib.

Gürcüstanda Bakı-Tbilisi-Qars layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının VII iclası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası başlayıb.

"Dalğa TV"nin məlumatına görə, tədbiri Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili açaraq görüşün əhəmiyyətli keçəcəyini bildirib: "Bakı-Tbilisi-Qars layihəsi üç ölkə üçün çox vacib bir layihədir. Bu layihənin uğuru birbaşa iqtisadiyyatımızın inkişafına yönəldilib. Bizim mehriban qonşuluq çərçivəsində əməkdaşlığımız bu layihənin uğurudur. Bu isə ölkələrimizin ticarət-iqtisadi münasibətlərimizin yüksəlməsinə səbəb olur. Bakı-Tbilisi-Qars layihəsi Gürcüstan üçün prioritetdir. Çinin bu layihəyə qoşulması isə onun əhəmiyyətini daha da artıracaq. Biz "İpək yolu" layihəsi çərçivəsində iqtisadiyyat, enerji, sənaye sahələrində inkişafdan və Avropa ilə əməkdaşlıqdan faydalanacağıq".

Tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dəniz işləri üzrə naziri Binəli İldırım iştirak edir və hər üç nazir məruzə ilə çıxış edəcək.

İclasda Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.

Bu gün üçtərəfli və ikitərəfli görüşlərdən sonra Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının rəhbərləri protokol imzalayacaqlar.

Tədbir KİV nümayəndələri üçün qapalı keçirilir.

İclasın sonunda mətbuat konfransı keçiriləcək.

Avropa İnvestisiya Bankı Gürcüstanda infrastruktur layihələrə 150 milyon avro ayırır

İnfrastruktur inkişaf layihələrini həyata keçirən Avropa İnvestisiya Bankı (AİB) Gürcüstana 150 milyon avro ayıracaq.

"Dalğa TV"nin məlumatına görə, bu barədə APA-ya baş nazirin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstanın dövlət administrasiyası arasında maliyyə müqavilələri imzalanıb.

Məlumata görə, maliyyə sənədlərini Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baraniais imzalayıb. Tədbirdə baş nazir Giorgi Kvirikaşvili iştirak edib.

Bildirilib ki, Avropa İnvestisiya Bankı Gürcüstanın müxtəlif regionlarında kiçik infrastruktur layihələr həyata keçirəcək. Bu məqsədlə bank "Şəhərin İnkişafı və yenidənqurma layihəsi" çərçivəsində Gürcüstana 100 milyon avro ayıracaq. Ayrılan vəsait çərçivəsində yollar, küçələr, su, kanalizasiya sistemi, turizm infrastrukturunun inkişaf etdirilməsi, seldən zərər görən infrastruktur bərpa olunacaq.

Tədbirdə həmçinin Gürcüstanın Şərq-Qərb istiqamətində Osiauri kəndinin Çumateleti hissəsində avtomobil yolunun tikintisi üçün 49,45 mln avro vəsait ayrılacağı bildirilib.

Tədbir çərçivəsində G. Kvirikaşvil ilə AİB-nın vitse-prezidenti Laszlo Baraniais arasında görüş olub. Baş nazir infrastruktur layihələrin tikintisinə ayrılan vəsait üçün AİB-nın vitse-prezidentinə minnətdarlığını bildirib və AİB ilə əməkdaşlığın getdikcə dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə Aİ-nin Gürcüstandakı səfiri Yanoş Herman, Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Regional İnkişaf və İnfrastruktur naziri Nodar Cavaxişvili iştirak edib.

Neftin qiyməti 26 dollara düşdü

Ucuzlaşma davam edir.

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır.

"Dalğa TV" hərracların gedişinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:46-ya olan məlumata görə, ICE London qitələrarası birjasında Brent neftinin mart fyuçeslərinin qiyməti bir barelə görə 1,13% azalaraq 30,49 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,19% ucuzlaşaraq 26,85 dollar olub.

Saytda Axtarış

ახალი ამბები