UEFA Millətlər Liqası: 1/4 final və pley-off mərhələsinin ilk oyunları keçirilib

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin ilk oyunları keçirilib. Türkiyə milli komandası “Rams Park” stadionunda Macarıstan yığması ilə qarşılaşıb və 17 illik fasilədən sonra rəqibini məğlub etməyə nail olub.

Azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi qarşılaşmalardan biri isə Xorvatiya və Fransa yığmaları arasında baş tutub. Bu cütün qalibi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq.

UEFA Millətlər Liqası
20 mart
1/4 final
Xorvatiya – Fransa 2:0
İtaliya – Almaniya 1:2
Niderland – İspaniya 2:2
Danimarka – Portuqaliya 1:0

A və B Liqaları
Pley-off, ilk oyunlar
Türkiyə – Macarıstan 3:1
Avstriya – Serbiya 1:1
Ukrayna – Belçika 3:1
Yunanıstan – Şotlandiya 0:1

B və C Liqaları
Pley-off, ilk oyunlar
Ermənistan – Gürcüstan 0:3
Slovakiya – Sloveniya 0:0
Bolqarıstan – İrlandiya 1:2
Kosovo – İslandiya 2:1

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 23-də baş tutacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey