Prezident Marneulidə baş verənlərə münasibət bildirib
“Seçkiləri saxtalaşdırmaq üçün etnik azlıqdan istifadə etmək utancverici və əxlaqsızlıqdır”.
24News.ge xəbər verir ki, bu sözləri prezident Salome Zurabişvili Marneulinin 69-cu seçki məntəqəsində baş verən insidentə, xüsusən də sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirərkən deyib.
O bildirib ki, təcili şəkildə baş verənlərlə bağlı araşdırma aparılıb, müvafiq qərar verilməlidir.
Qeyd edək ki, Sosial şəbəkələrdə Marneuli bələdiyyəsində yerləşən 69N sayılı seçki məntəqəsində bir nəfərin seçki qutusuna bir neçə bülleten atdığı qeyd olunduğu video görüntülər yayılıb.