Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən səsvermədə seçicilər fəal iştirak ediblər
Bu gün, 7 fevral tarixində Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları aktiv şəkildə səsvermədə iştirak ediblər.
24News.ge xəbər verir ki, onlar səhər saatlarından başlayaraq Tbilisidə səfirlikdə yaradılan məntəqəyə gələrək səsvermə hüquqlarından istifadə ediblər.
Səsvermə üçün Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutan bu ölkə vətəndaşları, yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Daha ətraflı səsvermə prosesi ilə bağlı Azərbaycanın Tbilisidəki səfirliyindən hazırlanan reportajı sizə təqdim edirik: