Azərbaycan tərəfi quru sərhədlərin açılması ilə bağlı suallara aydınlıq gətirdi

“Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması hazırda risklidir”.

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O, deyib ki, hazırda Gürcüstanda yoluxma sayı çox olduğundan sərhədlərin açılması ölkədə böyük risk yarada bilər:
“Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət hansı risklərin qayıda biləcəyini hesablayır. Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxma və ölüm faktı çoxalacaqsa bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır”, – deyə F. Nağıyev qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey