Marneulidən və digər rayonlardan bir qurup vətəndaş Bolnisidə etiraz aksiyası keçirib

Marneulidən və digər rayonlardan olan bir qurup vətəndaş Bolnisi məhkəməsi qarşısında “siyasi təqiblər dayandırılsın” şüarı ilə etiraz aksiyası keçiriblər.

Sözügedən aksiyaya “Gürcüstan Naminə Hərəkatı”nın üzvləri də qoşulublar.

Aksiya iştirakçıları, Bolnisi məhkəməsində, 29 aprel tarixində Marneuli meriyası qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların məhkəmə proseslərinə etiraz ediblər. Onlar saxlanılan şəxslərin siyasi təqibə məruz qaldıqlarını bildiriblər.

Etiraz aksiyası keçirənlər, aktivistlərin qanunsuz mühakimə olunmasının dayandırılmasını və onlara tətbiq edilmiş inzibati cərimələrin qaldırılmasını tələb ediblər.

Etirazçılar həmçinin ictimai fəal Giorgi Mumladzenin siyasi məqsədlə işdən çıxarılan qardaşı Simon Mumladzenin geri işə götürülməsini də tələb ediblər.

Xatırladaq ki, 29 aprel tarixində Marneuli meriyası qarşısında ictimai fəal Giorgi Mumladzenin qardaşı, Simon Mumladzenin işdən çıxarılması ilə bağlı keçirilən dəstək aksiyasında, polislə etirazçılar arasında insident yaranmışdı. Hadisə zamanı 6 nəfər saxlanılaraq Bolnisi rayon məhkəmsinə aparılmışdı.

Təqsirləndirilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrinə əsasən cinayət işi açılıb. Həmin maddələr xırda xuliqanlıq və polis orqanı əməkdaşına tabe olmamaq və polisi təhqir etməni nəzərdə tutur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey