Qarabağda vəziyyət gərginləşdi – Hücuma keçən 6 erməni əsgəri əsir götürüldü

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Xocavəndin Tuğ kəndi ərazisində erməni diversiya qrupu Azərbaycan hərbçilərinə hücum edib.

24News.ge xəbər verir ki, yayılan məlumatlarda Azərbaycan ordusunun 2 şəhid verdiyi bildirilir.

Digər xəbərdə isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir. Məlumata əsasən hazırda qarşı tərəfdən 7 nəfər öldürülüb, 6 nəfər isə əsir götürülüb. Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda əks antiterror əməliyyatı keçirilir.

Qeyd edək ki, baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey