Gürcüstanda bu gün yoluxma sayı yenidən rekord saya yüksəldi…
Ölkə ərazisində virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.
Son 24 saat ərzində ölkə üzrə 2 859 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə, 2 754 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 54.852 nəfərə çatıb. Onlardan 39.773 nəfəri isə tam olaraq sağalıb.
Bu gün virusdan 18 nəfərin ölməsi ilə bərabər ümumilikdə 441 nəfər həyatını itirib.
Hazırda ölkə üzrə karantində, 3 015 stasionar nəzarətdə isə 4 670 nəfər saxlanılır.