Dmanisidə “Gürcü Arzusu”nun ofisi qarşısında insident – Yaralılar var
Dmanisi rayonunda hakim “Gürcü Arzusu” partiyasının ofisi qarşısında insident yaşanıb.
Bu barədə Qoqi Meşvelianinin mətbuat katibi, Feride Dvildiani məlumat verib.
Onun sözlərinə görə, partiyanın ofisi qarşısına gələn bir qrup şəxs ofisdəkilərlə mübahisə edib və daha sonra isə odlu silahdan atəş açıblar. Hadisə nəticəsində yaralılar var.
Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 117-ci maddəsi – Qəsdən sağlamlığa ağır xəsarət yetirmə və 236-cı maddə – qanunsuz silah alqı-satqısı və saxlama maddəsi ilə araşdırmaya başlayıb.