Paytaxt Tbilisidə güclü yanğın baş verib

Gecə saatlarında paytaxt Tbilisidə Varketili rayonunda yerləşən “Qarışıq bazar”da güclü yanğın baş verib.

Yanğın baş verən əraziyə 20-dən artıq yanğınsöndürmə maşını cəlb olunub.

Yanğın Lukoil yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verdiyi üçün təhlükə daha çox olub.

Fövqəladə Hallar İdarəsi Xidmətindən verilən məlumata görə yanğın təxmini olaraq gecə saat 01:00 radələrində lokallaşdırılıb.

Məlumata görə, hadisə zamanı 1000 kv.m. sahə yanaraq külə dönüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey