“Venesuela ABŞ ilə əməkdaşlıq etməsə, ikinci hücum mümkündür”
“Venesuela administrasiyası ABŞ ilə əməkdaşlıq etməsə və mövcud problemləri aradan qaldırmasa, ikinci hərbi əməliyyat mümkün olacaq”.
Dalğatv xəbər verir ki, bu barədə Donald Tramp Florida ştatının Uest-Palm-Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O qeyd edib ki, ABŞ rəhbərliyi dərhal yeni hökumət qurmaq üçün seçkilərin keçirilməsinə təzyiq göstərməkdənsə, narkotik alverinin qarşısını almaq və neft sənayesini yenidən qurmaq məqsədilə Maduro rejiminin qalan üzvləri ilə əməkdaşlıq edəcək.
