Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb

Moskva polisi Berejkovskaya sahilində avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb.

Bu barədə  Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Moskva polisi əməliyyat-istintaq tədbirləri zamanı Berejkovskaya sahilində sürücüsü piyadaları vuran avtomobilin yerini müəyyən edib. Qəza zamanı avtomobildə olan şəxslər müəyyən edilərək saxlanılıb. Onlar Daxili İşlər Nazirliyinin ərazi bölməsinə aparılıb”, – məlumatda deyilir.

Səhiyyə Departamentindən verilən məlumata görə, Berejkovskaya sahilində vurulan iki nəfərin vəziyyəti ağır, qalanların, o cümlədən uşaqların vəziyyəti orta ağırdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey